Fransada fövqəladə vəziyyət elan edilə bilər - “SARIJİLETLİLƏRİN ÜSYANI"NI YATIRMAQ ÜÇÜN

Fransada fövqəladə vəziyyət elan edilə bilər - “SARIJİLETLİLƏRİN ÜSYANI"NI YATIRMAQ ÜÇÜN

 

Socu.info xəbər verir ki, Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamin Qrivo Parisdə keçirilən etiraz nümayişlərinə görə fövqəladə vəziyyət elan edilə biləcəyi məsələsinin gündəmdə olduğunu söyləyib.

Gələn ilin yanvar ayından Fransada benzinin və mazutun bahalaşcağı barəsində qanunun qüvvəyə minməsi planlaşdırır. Bahalaşmaya qarşı etirazlarını bildirən "sarı jiletli” nümayişçilər Paris küçələrində qarışıqlıq yaratmaqdadırlar.

17 və 24 noyabr tarixlərindən sonra ötən həftəsonu küçələrə çıxan etirazçıların sayının 136 min nəfərə çatdığı bildirilir. Ölkə miqyasında baş vermiş hadisələr zamanı 81 nəfəri polis olmaqla, 263 nəfər yaralanıb. 378 nəfəri Paris ərazisində olmaqla, 630 nəfər həbs edilib.



Oxşar Xəbərlər

Xəbər lenti