8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Plan”ı haqqında ictimaiyyətin məlumatı çox məhduddur. Halbuki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan işlər həyata keçirilsəydi, ictimaiyyətin daha çox məlumatı olardı. Məsələn, Planda Korrupsiyaya qarşı mübarizə sahəsində bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və əhali arasında paylanması nəzərdə tutulurdu və bu vəzifənin icrası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq, mərkəzi icra orqanları ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının üzərinə qoyulurdu. Prezident sərəncamı ilə təsdiq olunmuş rəsmi sənədə necə əməl olunmasını araşdırmaq qərarına gəldik. Bu zaman ilk növbədə hakim Yeni Azərbaycan Partiyasında yüksək mövqe tutan məmurların hansısa fəaliyyətinin olub-olmamasına aydınlıq gətirmək istədik. Axı, onlar öz faəliyyətləri ilə digər həmkarlarına örnək olmalıdırlar. Məsələn, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan icra başçılarından birdir. Nərimanov rayonununicra başçısıYAP Siyasi Şurasının 86 üzvündən biridir. Eyni zamanda 13 ildən artıq bir müddətdə paytaxtın əvvəlcə Nəsimi, sonra isə Nərimanov rayonlarına rəhbərlik edən bir şəxs, digər həmkarlarına prezidentin siyasətinin, xüsusilə də rəsmi sənədlərdə əksini tapan siaysətinin icrasında nümunə olmalıdır. Ona görə də, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyevin rəhbərlik etdiyi Nərimanov rayon İcraHakimiyyətinin"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və əhali arasında paylanması ilə bağlı hansısa iş görüb-görmədiyinə aydınlıq gətirməyə çalışacağıq. Eləcə də,Prezident Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli icra hakimiyyəti orqanlarının üzərinə vəzifə kimi qoyulmuş vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili, etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması (hesabatlarda aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri göstərilməklə), Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi və ictimaiyyətə açıqlanması, Dövlət orqanlarının internet saytlarında etik məsələlər üzrə xüsusi bölmənin yaradılması (qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizmi, etik qaydalar, etik hesabatlar və s.), Dövlət satınalmalarında aşkar edilən korrupsiya halları barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması, Şəhərsalma və tikinti fəaliyyətində şəffaflığın və ictimaiyyətin iştirakının təmin edilməsi, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri barədə vətəndaşların maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, Dövlət orqanları tərəfindən öz fəaliyyətlərində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar televiziya və radio proqramlarında xüsusi verilişlərin və debatların təşkil edilməsi kimi vəzifələrin icrasında hansı işlərin görülməsinə aydınlıq gətirməyə çalışacağıq. Eyni zamanda Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planınınəhatə etdiyi 2012-2015-ci illərdə Nərimanov rayonunda büdcə vəsaitləri hesabına həyata keçirilən satınalmalarla bağlı geniş araşdırma aparırıq. Yuxarıda qeyd edilən mövzuları əhatə edən geniş yazı ilə oxucularımızı yaxında tanış edəcəyik.
"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu