8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planına əməl edilmədi. Məsələn, Milli Fəaliyyət Planında Dövlət sаtınаlmаlаrının təkmilləşdirilməsi və bu zaman şəffaflığın artırılması önəmli məsələlərdən biri kimi qoyulmuşdu. Ancaq, ötən müddət ərzində bu sahədə ciddi bir işlər görülmədi. Məslən, elеktrоn dövlət sаtınаlmаlаrının tətbiq edilməsi faktiki olaraq həyata keçirilmədi. Halbuki, bu proses bir neçə il bundan öncə, 2013-cü ildə həyata keçilməli idi. Satınalmalarla bağlı internetdə yerləşdirilən məlumatlar isə tam deyil. Bu isə şəffaflığın artırılmaısnı mümkünsüz edir. Hətta bəzi struktur bununla bağlı məlumatları araşdıran medianı dövlət sirrlərinə müdaxilə ilə təhdid edirlər. Halbuki, həmin məlumatları cəmiyyətə təqdim etmək həmin məmurların üzərinə vəzifə olaraq qoyulmuşdu. Bu isə onu göstərir ki, bir çox məmurlar ya prezidentin sərəncamını oxumurlar, ya da orada yazılanları anlamayacaq qədər savadsızdırlar. "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupunun üzvüləri və eləcə də redaksiyanın digər əməkdaşları satınlamalar zamanı belə təhdidlərlə üzləşiblər. Müəyyən bir satınalma ilə bağlı mövqe öyrənməyə çalışdıqda bizi dövlət sirrlərini öyrənməyə cəhdlə təhdid ediblər. Bundan sonra belə mövqe nümayiş etdirən məmurların adlarını cəmiyyətə açıqlayacağıq. Çünki, onlar bununla yalnız korrupsiyaya şərait yartmırlar, həm də prezidentin qərarlarının icrasına mane olurlar. Qeyd edək ki, Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında əksini tapan daha bir məsələ, Dövlət sаtınаlmаlаrı üzrə keçirilən müsabiqələrdə və satınalma müqavilələrinin icrasında qanun pоzuntulаrınа yоl vеrmiş hüquqi və fiziki şəхslərin gələcəkdə dövlət sаtınаlmаlаrındа iştirаkını məhdudlаşdırаn mехаnizmin yaradılması da həyata keçirilmədi. Dövlət satınalmalarında aşkar edilən korrupsiya halları barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması ilə bağlı isə sadə insanlardan və media orqanlarından başqa heç kim məşğul olmur. Halbuki, bu məsələnin icrası artıq ləğv olunmuş Satınalmalar üzrə Dövlət Agentliyi ilə yanaşı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının üzərinə mütəmadi bir vəzifə olaraq qoyulmuşdu. Dövlət satınalmarı zamanı baş verən korrupsiyanın qarşısnın alınmaması prezident İlham Əliyevi yenə bu məsələyə müdaxilə etmək məcburiyyətində qoyub. Prezidentin bununla bağlı son göstərişinə görə maliyyənazirliyi satınalamalrla bağlı üç aydan bir dövlət başçısına ətraflı məlumat verəcək. Ümid edirik ki, bu məsələdə irəliləyişlər baş verəcək. Ancaq bunun baş verib-verməməsindən asılı olmayaraq "Yeni Sözçü” qəzeti bu istiqamətdə ciddi araşdırmalar aparmaqda qərarlıdır.
Cavid Qurbanov prezidentin sərəncamına niyə əməl etmir?
Hazırda "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti "Araz ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti arasındakı satınalmalarla bağlı cəmiyyətdən verilən məlumatları üzə çıxarmağa çalışır. Çünki, "Azərbaycan Dəmir Yolları” QSC-i "Araz ltd” MMC-i arasındakı maliyyə əməliyyatları ilə bağlı cəmiyyətə heç bir məlumat verilmir və bununla bağlı heç bir açıq mənbədə məlumat qoyulmayıb. Bu isə Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının tələblərinə əməl edilməməsi deməkdir.
Bu məsələdə həssaslığı artıran məsələ isə "Araz ltd” MMC-nin sahiblərindən birinin "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanovun diplomat oğlu Şəmşirli Şəmşir olmasıdır. Yəni söhbət atanın (Cavid Qurbanovun) rəhbərlik etdiyi dövlət qurumu ilə oğulun (Şəmşirli Şəmşirin) sahiblərindən biri olduğu özəl biznes strukturu arasında büdcə vəsaitləri hesabına aparılan maliyyə əməliyyatından gedir və bununla bağlı məlumat almağa hər bir Azərbaycan vətəndaşının haqqı var.
Qeyd edək ki, "Araz ltd” MMC-nin digər bir sahibi isə "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun həyat yoldaşı Balaxatın Məmmədovadır. Buna görə, "Azərbaycan Dəmir Yolları” QSC-i ilə "Araz ltd” MMC-i arasındakı satınlamalar çox ciddi əhəmiyyətə malikdir. Açıq mənbələrdə bununla bağlı heç bir məlumata rast gəlmək mümkün deyil. Bu isə satınalmalarla bağlı məlumatların açıqlığının təmin edilmısi ilə bağlı Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planınan tələblərinə əməl edilməməsi anlamına gəlir. Məlumatların açıqlanmaması eyni zamanda şaiyələrə səbəb olur. Bu isə həqiqətlə şaiyələrin ayrıd edilməsinə mane olmur. Məsələn, əldə etdiyimiz məlumata görə, Azərbaycan Dəmir Yolları” QSC-i ilə "Araz ltd” MMC-i arasında son zamanlar məbləği milyon manatlar ölçülən maliyyə əməliyyatı həyata keçirilib. Bununla bağlı rəsmi məlumat yoxdur. Ancaq bu məlumatı bizə verən mənbəyə etimad etməmək üçün də əlimizdə əsas yoxdur. Çünki, bu günə kimi bizə verdiyi məlumatlarda heç bir yalan üzə çıxmayıb.
"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planınan əhatə etdiyi illərdə bir neçə rayonda həyata keçirilən satınalamalarla bağlı məlumatları araşdırır. Həmin araşdırmalar hazır olanda oxucularımıza təqdim edəcəyik. Hələlik isə onu qeyd edək ki, çox ilginc məlumatların işıq üzünə çıxacağına və beləiklə də məmurların prezidentin sərəncamının ziddinə gedərək gizlətdikləri maliyyə əməliyyatlarının qaranlıq tərəflərinə işıq salmağa çalışacağıq.
"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu