Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Ətin qiyməti niyə od tutub yanır?
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“DEDİ Kİ, KLİNİKANI RAMİZ MEHDİYEV ALIR”
– “Kürəkəni, o zaman deputat olan İlham Əliyevlə görüşdük...”
Külli miqdarda dələduzluq, hədə-qorxu ilə tələbetmə kimi əməllərdə suçlanan Cavad Şeydayev deyir ki, özü cinayətin qurbanı olub. Nəticədə gəlib dəmir barmaqlıqlar arxasına düşüb. İddia edir ki, əsas səbəbkar da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğunu iddia edən Əziz Quliyevdir. Hərçənd, Quliyev bu cinayət işində zərərçəkmiş qismində tanınıb.
Cinayət işinin materiallarında yazılıb ki, Şeydayev onun etibarından sui-istifadə edərək aldadıb, 919 min manatını qaytarmayıb. Təqsirləndirilən şəxs isə iddia edir ki, əksinə, adıçəkilən şəxsin ona bu qədər borcu qalıb. Amma şəxsi əlaqələrindən istifadə edib, işin onun əleyhinə çevrilməsinə nail olub.
Bu cinayət işində Quliyevdən başqa da zərərçəkmiş qismində tanınanlar var. Təqsirləndirilən şəxs isə bildirir ki, 919 min manat Quliyevdə qaldığına görə başqalarına olan borcunu ödəyə bilməyib, nəticədə ağır duruma düşüb.
39-yaşlı
Şeydayev
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, məhkəmədə ifadəsində bildirib ki, uzun müddət bizneslə məşğul olub, Sumqayıtda klinikası vardı, dayısı da oranın direktoru idi. 2013-cü ildə Türkiyədə biznesində ziyana düşmüşdü, bu üzdən borcları yaranmışdı, ödənilməli böyük məbləğdə krediti vardı. Ona görə də klinikanı satmaq qərarına gəlib, qiymətini də 5 milyon manat müəyyənləşdirib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin ərəfədə Əziz Quliyev gəlib, o dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Mehdiyevin klinikanı alacağını söyləyib:
"Ramiz Mehdiyevə "ağsaqqal" deyirdi. Bildirmişdi ki, klinikanın satışıyla bağlı işlər ağsaqqalın köməkçisi Anar vasitəsilə həll olunur. 5 milyon desəm də, 4 milyon 200 min manata razılaşıblar. Düzü, Əziz demişdi ki, klinikanı özü işlədəcək, Ramiz Mehdiyevin sayəsində o da pul qazanacaq".
Şeydayev deyir ki, klinikaya görə ilkin olaraq ona 150 min manat ödənilib. Qalan pulun böyük bir hissəsi də "Azəriqazbank"dan götürülüb. Banka da Quliyevlə birlikdə gediblər.
Orada bankın rəhbəri, o vaxt deputat olan Çingiz Əsədullayevlə görüşüblər:
"Banka gələndə Əziz məlumat verdi ki, Ramiz Mehdiyevin köməkçisi Anar müəllimin dediyi adamlardır. Çingiz Əsədullayevlə görüşdən sonra pul məsələsi həll olundu. Bankdan götürüb mənə ödədi. Qaldı 919 min manat, onu sonra ödəmədi. Tələb edəndə məni hədələməyə başladı. Dedi ki, söz-söhbət ağsaqqala çatsa, sənin üçün yaxşı olmayacaq...".
Təqsirləndirilən şəxs bildirib ki, özü Mehdiyevlə əlaqə yaradıb, problemi çatdırmağın yollarını axtarmağa başlayıb. Prezident Administrasiyasının idarə rəisi ilə görüşsə də, bu cəhdi nəticə verməyib.
Daha sonra Mehdiyevin kürəkəni, o zaman deputat olan İlham Əliyevlə əlaqə yarada bilib:
"İlham Əliyevlə görüşdük, Əziz Quliyev də orada idi. Məni dinləyəndən sonra Əzizə dedi ki, "bizim adımızdan istifadə edirsən?". Bu biri tərəfdən də məni günahkar çıxardı ki, niyə Ramiz Mehdiyevin adını çəkmişəm? Çünki o vaxt mən pulumu ala bilməyəndə hüquq-mühafizə orqanlarına şikayət etmişdim, necə var, hər şeyi olduğu kimi bildirmişdim".
Bir neçə il öncə yerli media orqanlarında da Şeydayevin Quliyevdən 919 min manata görə Səbail rayon Polis İdarəsinə şikayət etməsi haqda məlumat yayılmışdı.
Mehdiyevin kürəkəni ilə görüşün də nəticə vermədiyini vurğulayan Şeydayev iddia edir ki, şikayətlərindən sonra onu iş yerindən tutub Milli Təhlükəsizlik Nazirliyinə aparıblar. Bir gün orada saxlayıblar, döyüblər:
"2014-cü ildə ofisimdə oturduğum vaxt MTN işçiləri başıma torba keçirib apardılar. Dedilər ki, Eldar Mahmudovun əmisi oğlu Vüqarın tapşırığıdır. Nə qədər döydülər... Tələb elədilər ki, Əzizdə pulum olmadığını, onu şantaj etdiyimi yazım. Məcbur qalıb yazdım. Beləliklə, o oldu zərərçəkmiş, mən oldum cinayətkar...".
Şeydayev ifadəsində bunları danışanda zərərçəkmiş Quliyev və nümayəndəsi heç bir fikir bildirməyib. Amma onlar məhkəmə zalında jurnalistlərin iştirakına qadağa qoyulmasını istəyib. Səbəbi də belə izah edib ki, prosesdə mötəbər şəxslərin adları hallandırılır.
Növbəti məhkəmə iclasında zərərçəkmişlər dindiriləcək.
Şeydayev CM-in 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələbetmə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İşdə zərərçəkmiş sayılan Quliyev Əziz Göyüş oğlu Bakıda Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən "İstanbul" klinikasının da sahibi olub.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudov mənimsəmə, hakimiyyətdən sui-istifadə və digər ittihamlar üzrə təqsirli bilinsə də, ona həmin maddələr üzrə tutulmuş cəzanın ən aşağı həddindən də yüngül cəza verilib – 2 il həbs kəsilib. Sonradan həbsdən buraxılıb.
2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu. Sonradan onlar məhkəmə qarşısına çıxarılaraq müxtəlif həbs cəzalarına məhkum edildilər, bir qismi isə bir müddət sonra azadlığa buraxıldı. (azadliq.org)
Oxşar Xəbərlər
Ramiz Mehdiyevin ölüm xəbəri haqda açıqlama
Generalın və keçmiş icra başçısının oğlu, “Şərurlu İsfəndiyar” və...
Falçının 1 milyon aldığı xanım Kərəm Həsənovun bacısı imiş
Baş Prokurorluğun sabiq müstəntiqinin məhkəməsi başlayır
Xəbər lenti
Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Dizinə antibiotik iynəsi vuran kişi öldü
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI:
20-dən çox şəxs xəsarət aldı - VİDEO
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Cəbrayılda mina partlayıb, 47 yaşlı şəxs xəsarət alıb
Ətin qiyməti niyə od tutub yanır?
"Bir helikopter ayırın, uşağım tapılsın" -
Dənizdə boğulan Elgünün anası
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Türkiyədə həyat İFLİC OLDU
Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu -
Fotolar
"İdrak" liseyində müəllimə silahlı hücum işi -
Sabah növbəti məhkəmə keçiriləcək
Azərbaycan nefti heyrətləndirdi-
YENİ QİYMƏT
Həmin sürücüləri 100 manat cərimə gözləyir —
Açıqlama
Azərbaycanda taksi fəaliyyəti dəyişir —
Açıqlama
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Futbola görə metronun iş rejimi dəyişdirilir
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları