Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları - MÖCÜZƏ


Qaraciyər orqanizmdə qanı süzmək, maddələr mübadiləsini tənzimləmək və həzm prosesinə kömək edən öd mayesini istehsal etmək kimi mühüm funksiyaları yerinə yetirir.

Sozcu.info Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sağlam qidalanma və aktiv həyat tərzi ilə yanaşı, bəzi bitki çayları da qaraciyərin normal fəaliyyətini dəstəkləyə bilər. Bununla belə, bu vasitələrin tibbi müalicəni əvəz etmədiyi vurğulanır.

Mütəxəssislərin fikrincə, tərkibində antioksidant və iltihabəleyhinə maddələr olan bəzi bitkilər qaraciyərin fəaliyyətinə müsbət təsir göstərə bilər.

Dəvədikəni çayı – Tərkibindəki silimarin maddəsinin qaraciyər hüceyrələrini qorumağa və onların bərpasını dəstəkləməyə kömək etdiyi bildirilir. Bu bitki xüsusilə qaraciyər yağlanması ilə bağlı araşdırmalarda diqqət çəkir.

Ənginar yarpağı çayı – Öd ifrazını stimullaşdıraraq həzm prosesini dəstəkləyə və qaraciyərin fəaliyyətinə müsbət təsir göstərə bilər.

Zəncirotu (karahindiba) çayı – Sidikqovucu xüsusiyyətləri sayəsində orqanizmdə maye balansına kömək edə və qaraciyərin yükünü azalda bilər.

Yaşıl çay – Kateşin adlı güclü antioksidantlarla zəngindir. Araşdırmalara görə, normada qəbul edildikdə qaraciyər yağlanmasının azalmasına və qaraciyər fermentlərinin normallaşmasına dəstək ola bilər. Mütəxəssislər gündə 2–3 fincandan artıq içilməsini məsləhət görmürlər.

Həkimlər qeyd edirlər ki, yalnız bitki çayı qəbul etməklə qaraciyəri qorumaq mümkün deyil. Bunun üçün şəkərli və yüksək dərəcədə emal olunmuş qidalardan uzaq durmaq, spirtli içkiləri məhdudlaşdırmaq, müntəzəm fiziki aktivliklə məşğul olmaq və balanslı qidalanmaq əsas şərtlərdən hesab olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, xroniki qaraciyər xəstəliyi olan şəxslər, hamilələr və daimi dərman qəbul edən insanlar hər hansı bitki çayı və ya bitki mənşəli əlavədən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Bitki mənşəli məhsullar bəzi dərmanlarla qarşılıqlı təsirə girə və arzuolunmaz nəticələr yarada bilər.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti