Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı


İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində iyulun 23-də baş vermiş mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Sozcu.info-ya bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 1979-cu il təvəllüdlü kişi iyulun 23-də saat 21 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ said sümüyünün orta üçdəbir hissəsinin yerdəyişən sınığı, həmçinin incik və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınıqları diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.



Oxşar Xəbərlər

Xəbər lenti