Azərbaycanda azyaşlı qız zorlandı: DİN məsələni araşdırmır? - AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bərdə şəhərində azyaşlı qızın zorlanması və işin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Sozcu.info-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə şəhərində azyaşlı qızın zorlanması və guya bu işin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan məlumatlar özündə həqiqəti əks etdirmir:
“İyunun 12-də Bərdə şəhər Cumalar kənd sakini Calal Baxtiyarov saat 19:54 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək səhər saatlarında qızı 2006-cı il təvəllüdlü H.B-nın evdən çıxıb geri qayıtmaması və itkin düşməsi barədə məlumat verib. 


Oxşar Xəbərlər

Xəbər lenti