8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Elnar Əsgərov istintaqı çaşdırmağa çalışır
İsveç Baş Prokurorluğu Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqatın miqyasını böyüməsi, istintaqa yeni şirkətlərin cəlb olunması haqqında məlumatlar gəlir. Artıq bu istintaq işində adı keçən şirkətlərin yerləşdikləri ölkələrin ən yüksək səviyyəli rəsmiləri məsələyə münasibət bildiriblər. Belə görünür ki, İsveç Baş Prokurorluğu Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqat hüquqi müstəvi ilə yanaşı siyasi müstəviyə də keçir. İsveç Baş Prokurorluğunun apardığı təhqiqat ölkəmizdə də diqqət mərkəzindədir. Redaksiyamıza daxil olan məlumata görə, İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqat ölkəmizin hüquq-mühafizə orqanlarının da ciddi marağına səbəb olub. Hüquq-mühafizə orqanlarındakı mənbənin "Yeni Sözçü”yə verdiyi məlumata görə İsveç Baş Prokurorluğunun təhqiqatı çox yaxından izlənilir. Eyni zamanda mənbə bildirir ki, Ziya Məmmədov və Arif Əsgərovun ölkədən çıxışınaqadağa qoyulub. İddiaya görə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Əsgərov martın 24 də Bakı Hava Limanından geri qaytarılıb və ona ölkədən çıxışına icazə verilmədiyi bildirilib. Məlumata görə, Arif Əsgərovun ortancıl oğlu, 1988 –ci il təvəllüdlü Ürfan Əsgərov Türkiyə Respublikasının vətəndaşı ilə evlidir. Həmin xanım sabiq türk diplomatlarından birinin qızıdır. Ürfan Əsgərovun qaynatasının son iş yeri isə Türkiyə Respublikasının Vyanadakı səfirliyi olub. Ehtimal edilir ki, Arif Əsgərov qudasının Türkiyənin rəsmi dairələrindəki əlaqələrindən yararlanaraq üzləşdiyi problemlərdən qurtarmağa çalışır. O da məlumdur ki,Türkiyənin hazırkı baş naziri Binəli Yıdırım "Azərbaycan Dəmir Yolları” QSC-nin hazırkı sədri, eyni zamanda son zamanlar Bakının rəsmi dairələrində əsas söz sahiblərindən birinə çevrilmiş Cavid Qurbanov arasında çox yaxın şəxsi mün
asibətlər mövcuddur. Belə ki, ötən il Binəli Yıldırımın baş nazirliyə yolunu açan Ədalət və İnkişaf Partiyasının (AKP) o zaman nəqliyyat, dənizçilik və kommunikasiya naziri, qurultaydan sonra baş nazir olan Binəli Yıldırım tərəfindən şəxsən dəvət edilmişdi. İstisna deyil ki, Arif Əsgərov məhz bu amilə görə türk diplomatı olan qudasının əlaqələrindən istifadə edərək üşləşdiyi problemlərdən yaxa qurtarmağa çalışır. Məlumatlı şəxslər bilir ki, Türkiyədə diplomatlar və xüsusi xidmət əməkdaşları təqaüddə olsalar belə, siyasi çevrələrə təsir imkanını həmişə saxlayırlar. Bu,Türkiyə dövlətinin xüsusi özəlliklərindən biridir.
Arif Əsgərovun Türkiyəli qudasından yardım istəməsi asan olmasa da onun başqa yolu qalmayıb. Çünki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri bir neçə istiqamətdə ciddi problemlərlə üzləşib. İsveç Baş Prokurorluğu Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqat onlardan yalnız biridir. Azərbaycan dəmir yolunun təchizatı zamanı baş verən korrupsiya ilə bağlı məsələlər İsveç Baş Prokurorluğunun təhqiqatından qabaq Bakıda gündəmə gəlib. Məsələn, ötən il oktyabrın 13-də Azərbaycan dəmiryolçularının peşə bayramına həsr olunmuş toplantıda "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolu təsərrüfatında çox böyük korrupsiya faktları açıqlamışdı. "Yeni Sözçü” qəzetinin əldə etdiyi məlumata görə, Arif Əsgərovun və Ziya Məmmədovun yaxınlarının "Azərbaycan Dəmir Yolları” QSC-ilə bağlı maliyyə əməliyyatları artıq ciddi araşdırma mövzusudur. Belə ki, həm Anar Məmmədovun, həm də Elnar Əsgərovun yaxın adamı hesab olunan Xəyal Camal oğlu Rəhimovun bir zamanlar rəhbərlik etdiyi "Real Təmizlik” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bəzi məlumatlara görə, "Real Təmizlik” MMC-nin ölkədən qanunsuz yollarla valyuta çıxarışında istifadə olunması ilə bağlı şübhələr var. Bu şübhələr isə deyəsən əsassız deyil. Belə ki, "Real Təmizlik” MMC-i Birləşmiş Ərəb Əmirliyində yaradılmış "ZQANHoldingsLimeted”şirkəti tərəfindən təsis edilib. Bu şirkətin Ziya Məmmədovun ailə şirkəti olmasını sübut etməyə ehtiyac yoxdur. İndi məlum olur ki, Birləşmiş Ərəb Əmirliyində yaradılmış həmin şirkəttərəfindən təsis edilmiş "Real Təmizlik” MMC-nin bir müddət öncə ləğv edilmiş Nəqliyyat Nazirliyinin tabeçiliyində olanqurumlarla, o cümlədən də "Azərbaycan Dəmir Yolları” QSC-ilə maliyyə əməliyyatları olub. İndi bu maliyyə əməliyyatları, eləcə də yaradılmış "ZQAN Holdings Limited” şirkəti ilə "Real Təmizlik” MMC-iarasındakı maliyyə əməliyyatları artıq araşdırma mövzusudur. Bununla bağlı əlavə məlumat aldıqca oxucularımıza məlumat verəcəyik. Qeyd edək ki, "Paşa Bank” ASC-nin məhkəmə vasitəsilə əmlakın üzərinə həbs qoydurduğu şirkətlər arasında "ZQAN Holdings Limited” şirkəti də var. Bu şirkətin "Paşa Bank” ASC-dən götürdüyü krediti ölkə xaricinə çıxarması ilə bağlı da şübhələr var. Çox ciddi maliyyə fırıldağı olmaq ehtimalı olan bu məsələ ilə bağlı daha ətraflı məlumat almağa çalışacağıq.
Hələlik isə qeyd edək ki, bu Arif Əsgərovun üzləşdiyi problemlərin sonuncusu deyil. Hal-hazırda Arif Əsgərovun ən böyük problem böyük oğlu Elnar Əsgərovun adı keçən iri miqyaslı dələduzluq faktıdır. Həmin faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlər şöbəsində istintaqı aparılan istintaq işidir. Məsələ ondan ibarətdir ki,həmin cinayət işi ilə bağlı Arif Əsgərovu narahat edəcək iki məqam var. Birinci: onun oğlu Elnar Əsgərovun tez-tez istintaqa çağrılması və onun anası Balaxatın Məmmədovanın adının istintaqda tez-tez çəkilməısidir. Arif Əsgərovu narahat edən ikinci məqam isə onun sədr olduğu dövrdə "Azərbaycan Dəmir Yolları” QSC-nin tender əməliyyatları ilə bağlı baş vermiş irimiqyaslı dələduzluq əməliyyatının qurbanına çevirdiyi Rahib Hüseynovun haqqında həbs qətiimkan tədbirinin dəyişdirilməsidir. Məhkəmənin qərarı ilə haqqında həbs qətiimkan tədbiri dəyişdirilən Rahib Hüseynov isə artıq susmaq istəmir. Susmayan isə yalnız Rahib Hüseynov deyil,həm də onun valideynləridir. Hüseynovlar ailəsi Rahibin Əsgərovların qurbanına çevrildiyinin fərqindədirlər.Çox maraqlıdır ki, son zamanlara kimi Azərbaycan cəmiyyəti də əsrin dələduzluğu adlana biləcək bu maliyyə fırıldağı ilə bağlı əsasən Rahib Hüseynovu günahkar bilib. Görünür burada medianın da həmin məsələləri dərindən araşdırmadan cəmiyyətə təqdim etməsi mühüm rol oynayıb.
Həqiqət isə bundadir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin kiçik bir şöbə müdiri bu işləri görə bilməzdi və heç kim yüz min və bəzən isə milyon manatla ölçülən pulları "Azərbaycan Dəmir Yolları” QSC-nin kiçik bir şöbə müdirinə verməzdi. Bu pullar Arif Əsgərova və onun ailə üzvülərinə çatdırılmaq üçün Rahibə verilib. Hətta istintaq materiallarında elə hallar var ki, həmin dələduzluq hərəkətində nəinki Rahibin iştirakı, hətta heç onun izi-tozu belə yoxdur. Məsələn, Bakı sakini Emil Məmmədovun başına gətirilən dələduzluq olayında Rahibin izi-tozu da yoxdur. Bu, onu göstərir ki, əsl günahkar kimdir.
Çox maraqlıdır ki, Arif Əsgərovun böyük oğlu Elnar Əsgərov adı qırmızı xətlə keçən dələduzluq olayları ilə bağlı cəmiyyət qarşısında günahlarını etiraf edib, zərərçəkmişlərin haqqını vermək və istintaqla səmimi şəkildə əməkdaşlıq etmək əvəzinə, xalası oğlanları Rahib və Emin Hüseynovları qurban verməklə sudan quru çıxmağa çalışır. Ancaq bu dəfə onun bu istəyinə asanlıqla çatacağı o qədər də inandırıcı görünmür. Məlumata görə, istintaq hərəkətləri zamanı Elnar Əsgərov tədricən bəzi etiraflar etmək məcburiyyətində qalıb. Məsələn, ilk vaxtlar birmənalı olaraq Emil Məmmədovu tanımadığını deyən Elnar Əsgərov sonradan onunla tanış olduğunu, dəfələrlə görüşdüyünü etiraf edib. İstintaq zamanı Elnar Əsgərov Emil Məmmədovla aralarında müəyyən pul alış-verişi olduğunu deyib və burada özünü vasitəçi kimi göstərməyə çalışıb.
Əlbəttə, Azərbaycan hüquq-mühafizə orqanları da, cəmiyyət də belə nağıllara inanacaq qədər avam deyil. Arif Əsgərov da bunun və oğlu Elnarın həbsinin nələrə yol açacağınının fərqindədir. Buna görə də, Arif Əsgərovu DİN Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlər şöbəsində istintaqı aparılan cinayət işi İsveç Baş Prokurorluğunun təhqiqatından daha çox narahat edir. Arif Əsgərovun narahat olduğu vəAzərbaycan cəmiyyətinin dədiqqətetdiyi əsrin dələduzluğu olayı ilə bağlı çoxsaylı məlumatlar almaqdayıq. Həmin məlumatları araşdırmağa çalışırıq. Bu araşdırmalardan bəlli olacaq ki, Arif Əsgərovla bağlı İsveç Baş Prokurorluğuna kimlər müraciət və edib və həmin müraciətdə nələr yer alıb. Eyni zamanda Arif Əsgərovun sədr olduğu dövrdə "Azərbaycan Dəmir Yolları” QSC-nin tenderləri ilə bağlı bəzi faktların, xüsusilə də "Siqma TK” MMC-ilə aparılan maliyyə əməliyyatları ilə bağlı araşdırmamız zamanı üzə çıxardığımız məlumatlar bir çox gizlinlərin aydınlaşdıracaq. Bu zaman "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyevin bu prosesdəki roluna da aydınlıq gətiriləcək. Eyni zamanda "Azərbaycan Dəmir Yolları” QSC-nin başqa bir- tarif-nəqliyyat servis xidmətinin rəisinin müavini olmuş Hüsaməddin Məlikovun adının qarşısında Rahib Hüseynovun kitabında yazılan rəqəmlərin nədən ibarət olduğu müəyyən ediləcəkdir. Eləcə də Rahib Hüseynovun keçmiş qaynatası "Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev haqqında ittihamların mahiyyətinə də işıq salmağa çalışacağıq.
"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu