62 milyon üçün 56 milyon rüşvət iddiası…– YAXUD, İKİ ŞİRKƏT ARASINDAKI MÜQAVİLƏYƏ GÖRƏ AZƏRBAYCAN NİYƏ MƏSULİYYƏT DAŞIMALIDIR?

62 milyon üçün 56 milyon rüşvət iddiası…– YAXUD, İKİ ŞİRKƏT ARASINDAKI MÜQAVİLƏYƏ GÖRƏ AZƏRBAYCAN NİYƏ MƏSULİYYƏT DAŞIMALIDIR?

 

Ölkə mediasında İsveç prokurorluğunun  "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı cinayət işi açması barədə xəbər yayılıb.

Belə ki, dəmir yollarının sabiq sədri Arif  Əgərovun rəhbərlik dönəmiylə bağlı rüşvət və korrupsiya ittihamları irəli sürülüb.

İsveç prokurorluğuna istinadən yayılan məlumatlarda Arif Əsgərovun rəhbərliyi dövründə  "Azərbaycan Dəmir Yolları” ASC-nin tenderlər vasitəsi ilə avtomaltlaşdırma və siqnalizasiyanın alınmasıyla bağlı  bir sıra şirkətlərə korrupsiya faktı üzrə təhqiqat işi aparıldığı bildirilir.

Yəni, konkret desək, isveçli prokuror  Tomas Forsberq BBC-yə müsahibəsində belə deyib.

Onu da qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC –nin korrupsiya  faktlarında adıçəkilən iş məhz onun tərəfindən araşdırılır.

İsveçli prokuror bu işdə "Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı bir neçə şirkətin olduğunu bildirsə də, həmin şirkətlərin adını çəkməyib.

Haqqın.az saytı yazır ki, İsveçin Korrupsiyaya qarşı Mübarizə Üzrə Milli İdarəsi bu yaxın günlərdə Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti "Bombardier”in bu ölkədəki törəmə şirkəti olan  "Bombardier Transportattion”un əməkdaşı Yevgeniy Popovu  həbs edib.

Belə ki, adıçəkilən şirkət  2013-cü ildə Azərbaycan Dəmir Yolları” QSC-nin avtomalaşdırma   və siqnalizasiya qurğularının ötürülməsi ilə bağlı  böyük  maliyyə həcmlini tenderi udur.  Bağlanmış müqaviləyə əsasən"Bombardier Transportattion” Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sistemini modernləşdirməli idi. Burada söhbət  228 milyon dollarlıq müqavilədən gedir.

Rusiya vətəndaşı Yevgeniy Popov  şirkətin  digər bir neçə əməkdaşı ilə birlikdə "Azərbaycan Dəmir Yolları” QSC rəhbəri Arif Əsəgrovla sövdələşməyə girərək, yeyinti hallarına görə ittiham olunurlar. Belə ki, korrupsiya faktında ittiham olunan bu şəxslərin on milyonlarla vəsatin yeyintisinə yol verərək, milyonlarla dolların   "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə  ötürülməsində iştirak etdikləri bildirilir.

Bu, böyük yeyinti faktları 2016-cı ilin aprelində "Panama arxivi” ilə bağlı  Mossack Fonseca ofşor qurumundan  kütləvi məlumat sızamasından sonra  ortaya çıxıb.

Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və "Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkar ediblər ki, "Bombardier” şirkəti ilə "Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən  46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir. Birinci müqavilə üzrə "Bombardier” şirkəti tərəfindən "Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas” şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud, o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.

İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları "Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində "otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə bir fakta yönəldir ki, 2013-cü ildə "Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə "Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə "Bombardier”lə bağlanıb. Həmçinin, üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb.

Prokuror T. Forsberq onu da deyib ki, "Bombardier” şirkəti üç il bundan öncə  keçirilən açıq tenderdə "Azərbaycan Dəmir Yolları” QSC-yə sərfəli qiymət və şərtlərlə  avadanlıq alınmasını ilə bağlı keçriilən tenderi udub. Baxmayaraq ki, tender zamanı  "Bombardier”  "Azərbaycan Dəmir Yolları” QSC-yə sərfəli şərtlər irəli sürən şirkətlər sırasında beşincisi olub, ancaq nədənsə tenderi ancaq bu şirkət "udub”. Bax, müəmmalısı da buradadır.

İsveçli prokuror bu məsələdə Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib-etməyəcəyini haqqında sualı cavablandırmaqda çətinlik çəkdiyini deyib. Amma bununla belə,  isveçli prokuror əlavə edib ki,  bu iş beynəlxalq miqyaslı məsələ olduğundan, bütün tərəflər   korrupsiyaya qarşı mübarizə məsələsində birgə əməkdaşlıq etməlidirlər.

Onu da bildirək ki, İsveçin TT agentliyi, Uppdrag Granskning  telekanlı "Azərbaycan Dəmir Yolları” QSC –nin 340 milyon dollarlıq maxinasiyası haqqında məlumat verib. Bütün bu faktlar İsveç prokurorluğunun "Bomardier” şirkətindən ofisindən götürdükləri elekrton məktublarda öz əksini tapıb

 Araşdırma zamanı isə bu məsələ ilə bağlı yeni məqamlar üzə çıxıb.

Bombardier Transportation (Signal) LTD (Rusiya) və Bombardier Transportation Sweden AB birgə müəssisəsi ilə bağlı olan məsələdə Azərbaycanın adının hallandırılması məqsədyönümlüdür. Baş verənlərin heç də iddia olunduğu kimi, Azərbaycana aidiyyatı yoxdur. Görünür, hansısa qüvvələrin burada məqsədi Azərbaycan barəsində beynəlxalq maliyyə institutları qarşısında mənfi rəy yaratmaqdır.

İlk olaraq, ondan başlayaq ki, Azərbaycan Dəmir Yollarının adıçəkilən "Multiserv Overseas” şirkəti ilə hər hansı bir hüquqi münasibəti yoxdur. Əgər ortada "Multiserv Overseas” şirkəti ilə Bombardier Transportation (Signal) LTD (Rusiya) və Bombardier Transportation Sweden AB birgə müəssisəsi arasındahansısa razılaşma varsa, buna görə "Azərbaycan Dəmir Yolları” məsuliyyətdaşımır. 

Yuxarıdakı iddialarda 56 milyon "şapka” verilməsi məsələsinə gəlincə, bu, istənilən şəxs üçün absurd hesab olunur.  Araşdırmamız zamanı bəlli olub ki, bu günədək bu layihə üzrə 119 milyon vəsait ödənilib. Ödənilmiş bu vəsaitin də 57 milyonu avans ödəmədir. Qalan 62 milyon vəsaitin müqabilində isə müvafiq podrat işləri yerinə yetirilib.  Göründüyü kimi, 62 milyon ödəmənin müqabilində 56 milyonunun olması ağlabatan deyil.

Qiymətlərin şişirdilməsi məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, söhbət hansısa detalın pul verilib alınmasından getmir. Həmin detal müxtəlif ola bilər, amma o detalın gətirilməsi, gömrük rüsumları, quraşdırılması, onun proqram təminatı, testlərin həyata keçirilməsi, işçilər üçün xüsusi təlimlərin təşkili və idarə olunması qiymətlər məsələsində ortada böyük fərq yaradır. 

Bombardier Transportation (Signal) LTD (Rusiya) və Bombardier Transportation Sweden AB birgə müəssisəsinin tenderdə iştirak edən digər firmalarla müqayisədə təklif etdiyi qiymətlərin yüksək olmasına baxmayaraq, onun seçilməsi iddiası da yersizdir. Çünki birgə müəssisə tender prosedurlarının bütün müddəalarını (texniki və maliyyə) tam təmin etdiyi üçün Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi işlərini həyata keçirməsi ilə bağlı tenderin qalibi elan olunub.

SOZCU.İNFO




Oxşar Xəbərlər

Xəbər lenti