Poliklinikalarda vətəndaşlara istifadə müddəti bitmiş “Pfizer” vaksini vurulur? - AÇIQLAMA

Bakıda bəzi poliklinikalarda koronavirusa qarşı vurulan “Pfizer” vaksinin istifadə müddəti bitib.
Sozcu.info  xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat paylaşıb.
Paytaxtda yerləşən klinikalardan birində vətəndaş “Pfizer” vaksini vurdurmaq istəyib, lakin flakonun üzərində istifadə müddətinin bitdiyini görüb:
“Vaksinin son istifadə müddətinin mənə göstərməklərini istədim. İstifadə müddətinin sentyabr ayında bitdiyini gördüm. Bildirildi ki, Səhiyyə Nazirliyinin qərarına əsasən, vaksinin istifadə müddəti dekabr ayının 31-nə qədər uzadılıb”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərilib.
Məktuba əsasən “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan “Pfizer/Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir”.


Oxşar Xəbərlər

Xəbər lenti