Maliyyə nazirliyi Daşkəsən Təhsil şöbəsi ilə bağlı iddiaları araşdırmağa başladı

Daşkəsən rayonu, Qayıbov küçəsi 45, ev 21 ünvanında yaşayan  Məmmədova Nuriyyə redaksiyamıza müraciət edərək, Daşkəsən təhsilinin iç üzünə açacaq məlumatlar göndərib. Bu gün təhsil sistemində rüşvət faktoru mövcuddur. Bunu kimsə inkar etmir. Cəmiyyətin təmsilçilərindən biri olaraq, hər zaman üzləşdiyimiz hallardan biridir. 
Daşkəsən rayon sakini Nuriyyə Məmmədova rayon təhsil şöbəsinin müvəqqəti təyin edilən müdiri Zaur Məmmədovun etdiyi qanunsuzluqlarla bağlı bəzi məlumatları açıqlayıb. Onun sözlərinə görə, məktəb direktorları məktəbləri öz şəxsi obyektləri kimi istifadə edir. İddia olunur ki, sözügedən məktəbin direktorları məktəblərdə maliyyə vəsaitlərini mənimsəyirlər.
Məsələylə bağlı Maliyyə nazirliyinə sorğu göndərdik. Nazirlikdən "Hürriyyət"in sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılması üçün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə yönləndirilib.


Oxşar Xəbərlər

Xəbər lenti