Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Ətin qiyməti niyə od tutub yanır?
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Belarusun broyler toyuqları Bazarstoreda Bütöv kənd toyuğu adı ilə satılır
Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) quş əti istehsalçılarının pərakəndə ticarət şəbəkələri ilə əməkdaşlıqda üzləşdikləri problemləri hökumət rəsmiləri ilə müzakirə etmək üçün müvafiq qurumların rəhbərlərinə müraciət etmişdi. Assosiasiya rəhbərliyi İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd təsərrüfat naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət edərək, quş əti istehsalçıları ilə görüşərək mövcud problemlərin həlli imkanlarını müzakirəsinin təşkilini xahiş etmişdi.
Assosiasiya rəhbərliyi və üzvlərinin növbəti görüşü Azərbaycan Qida Təhlükəsizliyi üzrə Agenliyin (AQTA) rəhbərliyi ilə keçirilib.
Assosiasiyadan verilən məlumata görə, videobağlantı formatında keçirilən görüşdə AQTA-nın sədri Qoşqar Təhməzli, Agentlik aparatının rəhbəri Elxan Mikayılov, AQTA Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev, APEPEA rəhbəri Mürvət Həsənli, “Qaraqaşlı Broyler”in nümayəndəsi Vaqif Hüseynov, “Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov, “Giləzi Quşçuluq” MMC-nin rəhbəri Mahir Mirzəyev, “Azerbaijan Poultry Company” LLC-nin direktoru Pərviz Hacıyev və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən AQTA sədri Q.Təhməzli bildirib ki, Azərbaycanda yerli istehsalçıların bütün birlikləri ilə görüşürlər:
“Məqsədimiz yerli istehsalçıların hansı problemlərinin olduğunu müəyyənləşdirmək, onların aradan qaldırılması üçün öz səlahiyyətlərimiz çərçivəsində dəstək tədbirləri həyata keçirməkdir. Ölkə rəhbərliyinin qəti göstərişidir ki, qida sektoru sağlamlaşdırılmalı, şəffaflaşdırılmalıdır. Bu sektor çox mürəkkəb struktura, çoxsaylı oyunçulara malikdir. Bizim bir məqsədimiz var, o da bu sahədə sağlamlaşdırmaya nail olmaq. Buna görə də həm idxal, həm də yerli istehsal məhsullarına tam və effektiv nəzarəti təmin etməyə çalışırıq. Azərbaycanda elə bir sistem qurmağa çalışırıq ki, hər bir vətəndaşımız süfrəsinə gələn ərzaqların sağlam olduğuna şübhə etməsin. Bunun üçün sahibkarların da bizə kömək etməsi şərtdir. Bu kömək nədən ibarətdir: gördüyünüz pozuntu halları ilə bağlı dərhal bizə məlumat verin. O cümlədən də Agentliyin əməkdaşlarının zərərli fəaliyyətlərinə dair məlumatları gözləyirəm sizlərdən. Lap anonim şəkildə çatdırın faktları, biz lazım olan tədbirləri görək. Bizdə çoxsaylı sahələrdə işləmiş şəxslər çalışır. Onların hamısının dünyagörüşünü tam dəyişmək, sağlam işləməyə sövq etmək, əlbəttə, mümkün deyil. Buna görə də sizlərdən dəstək gözləyirik”.
Q.Əbdüləliyev bildirib ki, quşçuluq xəstəliklərin yayılması baxımından çox həssas bir sahədir
: “Son 2 ildə yüksək patogen quş qripi üzrə dünyada stabillik hələ də bərpa olunmayıb. Hazırda Amerika qitəsində quş qripinin daha çox yayılması müşahidə olunur. Buna görə də oradan quş əti məhsullarının idxalı dayandırılıb. Son 2 ildə zəif patogen quş qripina qarşı vaksinasiya sistemi işlənərək tətbiq olunur. Nəticədə noyabr ayından indiyədək quşçuluq müəssisələrində tələfatların xeyli dərəcədə azalması müşahidə edilir. Eyni zamanda fevral ayından etibarən xəstəlik daşıyıcılığı baxımından yüksək risk qrupuna daxil olan məhsulların, xüsusilə də 1 günlük cücələr istisna olmaqla, yaşlı quşların idxalına məhdudiyyət tətbiq olunub. Hazırda ölkədə quş qripi üzrə növbəti monitorinq prosesi davam edir. Bizim Assosiasiya və ora daxil olan quşçuluq müəssisələri ilə sıx əməkdaşlığımız var”.
APEPEA rəhbəri M.Həsənli bildirib ki, qida təhlükəsizliyi dövlətin milli strateji təhlükəsizliyinin tərkib hissəsidir:
“Bu baxımdan, Agentliyin üzərinə böyük məsuliyyət düşür. Biz hazırda Agentliklə yaxşı əməkdaşlıq edirik. Bir neçə dəfə ölkəyə yaşlıq quşların, istehsal müddəti göstərilmədən quş əti və yumurta idxalına dair faktları Agentliyin müvafiq qurumlarına təqdim etmişik və dərhal da tədbir görülüb. Assosiasiya üzvü olan istehsalçıların bir sıra problemləri var. Bunlardan biri pərakəndə ticarət şəbəkələrində saxlama avadanlıqlarının normalara cavab verməməsidir. Quş əti üçün zəruri olan temperarur rejimi təmin edilmir, nəticədə məhsulun keyfiyyəti aşağı düşür. Eyni zamanda geriqayıtma faizi yüksəlir ki, bu da bizə zərər vurur. Başqa bir narahatedici məsələ kiçik kəsim müəssisələrinin toyuq ətinə normadan yüksək həddə su vurması nəticəsində ümumilikdə broyler məhsuluna münasibət pisləşməsidir”.
“Siyəzən Broyler”in rəhbəri C.Abbasov qeyd edib ki, quşçuluq sahəsinin tam inkişafı üçün qət ediləcək çox yol var:
“İşimiz çoxdur, problemlərimiz də var və onların həllində biz dövlət orqanlarından dəstək istəyirik. Çox yaxşı haldır ki, Azərbaycana diri toyuqların idxalı dayandırılıb. Hazırda 1 günlük cücələr idxal olunur. Hesab edirik ki, 1 günlük cücələrin idxalı ya tamam dayandırılmalı, ya da məhdudlaşdırılmalıdır. Çünki hər bir ölkənin özünəməxsus epizootik vəziyyəti, öz peyvəndləmə proqramı var. Bir xəstəliyin müxtəlif ölkələrdə müxtəlif ştammları yayılır deyə peyvəndləmə də fərqli aparılır. Bu baxımdan, başqa ölkələrdə yetişdirilən 1 günlük cücələrin Azərbaycana idxalı xəstəliklərin yayılması nöqteyi-nəzərindən təhlükəlidir. Bizim yerli istehsalçıların ölkəni cücə ilə tam təmin etməyə potensialı var. Bizi narahat edən digər məsələ əsasən MDB ölkələrindən idxal olunan, çəkisi 800 qramdan artıq olmayan toyuqların bazarlarda və bəzi market şəbəkələrində ucuz qiymətə satışıdır. Belə ki, Bakı və region bazarlarında bir çox hallarda bu toyuqları “Siyəzən”, “Şəfa”, “Səba”, “Mərcan” və sair yerli istehsalçıların adı altında satışa çıxarırlar. Biz həmin toyuqların qidə təhlükəsizliyi baxımından zərərli olduğunu deyirik. Çünki quşçuluq biznesinin qaydası budur ki, 800 qramlıq toyuğu kəsmək iqtisadi baxımdan səmərəli deyil. Dünyanın heç bir ölkəsində bu çəkidə toyuq kəsilmir – xəstəliklər yayılanda istisna olmaqla. Müxtəlif xəstəliklər yayılanda sahibkar məcbur olur toyuqları vaxtsız kəsir ki, tələf olmasın. Buna görə də ölkəmizə gətirilən və çox ucuz qiymətə təklif olunan belə toyuqlar əhalinin sağlamlığı üçün böyük təhlükə mənbəyidir”.
“Qaraqaşlı Broyler”in təmsilçisi V.Hüseynov
Bakının “8-ci km”, “3-cü mikrorayon” bazarlarında, həmçinin “Bazarstore” marketlər şəbəkəsində satılan 800 qramlıq toyuqların fotolarını nümayiş etdirib:
“Bu toyuqları satarkən əhalini aldadırlar. “Bazarstore”də Belarusdakı broyler müəssisəsinin istehsalı olan bu məhsulları “Bütöv kənd toyuğu” adı ilə satırlar. Bu, istehlakçıların aldadılmasıdır. Üstəlik, toyuğun aylıq istehlak müddətinin bitməsinə cəmi 1 ay qalıb”.
Q.Təhməzli səslənən məlumatla bağlı AQTA rəsmilərinə dərhal tədbir görülməsini tapşırıb. Səsləndirilən məlumatdan aydın oldu ki, aşkarlanan faktlar əvvəldən təqdim olunub və artıq AQTA-nın müvafiq qurumları fəaliyyətə başlayıblar.
“Giləzi Quşçuluq” MMC-nin rəhbəri Mahir Mirzəyev
Azərbaycanda quşçuluq sahəsində dünya təcrübəsinə uyğuin vaksinasiyanın tətbiqinin zəruri olduğunu qeyd etdi: “Biz son illərdə dünyada tətbiq olunan iki vaksini – H9 vaksinlərini tətbiq etmişik, çox ciddi pozitiv nəticələr əldə olunub. Bu vaksinləşmə imkan verir ki, quşçuluq müəssisələrində xəstəliklərlə bağlı sabitliyi xeyli dərəcədə təmin edək.
Hazırda dünyada H5N1 üçün yeni növ vaksinlərdən böyük uğurla istifadə olunur. Biz istərdik ki, bu vaksinlərin də Azərbaycanda tətbiqinə icazə verilsin”.
Görüşdə AQTA rəhbərliyi 1 günlük cücələrin ölkəyə idxalının məhdudlaşdırılması, yaxud tamamilə dayandırılması istiqamətində tezliklə müvafiq addımların atılacağını bəyan edib. Bundan əlavə, aşağıçəkili toyuqların idxalı məsələsi də araşdırılacaq. Nəhayət, AQTA rəhbərliyi quşçuluq sahəsində tətbiq olunan yeni vaksinasiya sisteminin Azərbaycanda tətbiqi məsələsinin də həll olunacağını vurğulayıb.
Oxşar Xəbərlər
DİQQƏT!
Agentlik sədri özünə müşavir təyin etdi
Daha 18 əyalətdən gələn bu məhsullara QADAĞA QOYULDU
Bəzi ölkələrdən Azərbaycana toyuq əti və yumurta gətirilməsi qadağan olundu
Xəbər lenti
Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Dizinə antibiotik iynəsi vuran kişi öldü
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI:
20-dən çox şəxs xəsarət aldı - VİDEO
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Cəbrayılda mina partlayıb, 47 yaşlı şəxs xəsarət alıb
Ətin qiyməti niyə od tutub yanır?
"Bir helikopter ayırın, uşağım tapılsın" -
Dənizdə boğulan Elgünün anası
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Türkiyədə həyat İFLİC OLDU
Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu -
Fotolar
"İdrak" liseyində müəllimə silahlı hücum işi -
Sabah növbəti məhkəmə keçiriləcək
Azərbaycan nefti heyrətləndirdi-
YENİ QİYMƏT
Həmin sürücüləri 100 manat cərimə gözləyir —
Açıqlama
Azərbaycanda taksi fəaliyyəti dəyişir —
Açıqlama
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Futbola görə metronun iş rejimi dəyişdirilir
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları