8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
6 Kəlbəcər məktəbində direktor müavini vəzifələrindən azad edilib.
Sozcu.info xəbər verir ki, buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır.
Kəlbəcər Rayon Təhsil Şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiq ediblər.
Qeyd edək ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilən Namiq Rəcəbovun rüşvətə, korupsiyaya, eləcə də qanunsuz fəaliyyətlə bağlı islahatlara başladığı bildirilir. Direktor müavinlərinin vəzifədən azad eilməsi də bu qəbildəndir.
Yenisabah.az xatırladır ki, analoji hallara ölkənin digər təhsil müəssisələrində də rast gəlmək mümkündür. Bu qəbildən olan faktlardan biri bir müddət əvvəl ictimailəşdirilmişdi. Məlum olmuşdu ki, Bakının Binəqədi rayonundakı 3 saylı tam orta məktəbin direktor müavini İsmət Yusifovanın da ali təhsili yoxdur.