Qarabağda milyardları hansı məmurların qohumları xərcləyir? -ARAŞDIRMA


“Hürriyyət”in apardığı araşıdrma nəticəsində ortaya şok faktlar çıxdı…

2022-ci ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri üçün 2 milyard 400 milyon manat vəsait nəzərdə tutulmuşdu. May ayının sonuna olan məlumata əsasən, Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında qeyd edilirdi ki, dövlət büdcəsindən ayırlan vəsaitlərin 99 faizi xərclənib.

2.4 milyard manat nəzərdə tutulsa da hökumətin hesabatında qeyd edilir ki, ərazilərin bərpasına 2 milyard 178 milyon 400 min manat sərf edilib.

Bir il sonra - cari ildə də Qarabağda bərpa işlərinə təxminən eyni məbləğdə 2.2 milyard manat vəsait ayrılıb. Üstəlik, may ayında Milli Məclisə “Dövlət büdcəsinə dəyişiklik edilməsi haqqında” qanuna əlavələr təklif edilib. Dəyişikliklə nəzərdə tutulan vəsaitlər 2 milyard 670 milyon manata qədər artırılıb.

Lakin bu, heç də ayrılan vəsaitlərin hamısı demək deyil. İşğaldan azad edilən ərazilərə yalnız dövlət büdcəsindən deyil, Prezidentin Ehtiyat Fondundan və Qarabağ Dirçəliş Fondundan da vəsaitlər ayrılıb. Lakin bu vəsaitlərin həcmi barədə rəsmi açıqlamalar əldə etmək mümkün olmadı.

“Hürriyyət”in apardığı araşdırmalar zamanı ayrılan vəsaitlərin hansı şirkətlərə, hansı şərtlər altında verildiyinə dair məlumatlara çatmaq mümkün olmasa da, tenderlərdə qalib gələn şəxs və şirkətlərin kimlərə məxsus olması çox ciddi məqamlardan xəbəbr verir.

Bərpa prosseslərində ayrılan vəsaitlər bir qayda olaraq dövlət qurumları tərəfindən sifariş edilsə də, icraçılar haqqında məlumatlar ictimayyətdən gizli saxlanılır.

Kifayət qədər ciddi məqamlardan biri də odur ki, sifarişçi qismində çıxış edən büdcə təşkilatları və dövlətin ayırdığı investisiyalarla bağlı ortada şübhələr var.

Belə dövlət vəsaitlərinin istifadəsi isə birbaşa olaraq dövlət başçısının sərəncamındadır. Araşdırmalar onu göstərir ki, yalnız 2021-ci ildə prezident 73 belə sərəncam imzalayıb. İşğaldan azad edilən ərazilərdə bərpa işlərinin həyata keçirilməsinə isə İşğaldan azad edilmiş ərazilərdə məsələrin mərkəzləşdirilmiş qaydada həlli ilə məşğul olan Əlaqələndirmə Qərargahı nəzarət edir.

Qarabağda işləmək istəyənlər üçün İŞ YERLƏRİ

Hazırda Qarabağda irili-xırdalı 100-dən çox layihə icra edilir. Bu layihələrdən Füzuli Hava Limanı artıq başa çatdırılıb. Zəngilan rayonu ərazisində “Ağalı-1”, “Ağalı-2” ağıllı kənd layihələri yekunlaşmaq üzrədir. “Güləbirt”, “Suqovşan-1”, “Suqovşan-2”, “Kəlbəcər-1” kiçik su elektrik stansiyasının artıq açılışı baş tutub. Füzuli rayonunda Dövlətyarlı ağıllı kənd layihəsinin əsası qoyulub. Bütün bunlarla yanaşı, icra edilmiş və hazırda icra olunmaqda olan layihələrlə bağlı ayrılan vəsaitlərin hansı şirkətlərə, nə qədər həcmdə verilməsini ortaya çıxarmaq mümkün deyil.

“Hürriyyət”ə rəsmi qaynaqlardan məlum olan yalnız odur ki, tikinti-quraşdırma işlərinə ayrılan 1 milyard 954 milyon 500 min manat ümumi olaraq hansı istiqamətlərə sərf edilib. Bu vəsaitlərdən 667 milyon 754 min manatı, yəni 34.16 faizi Füzuli rayonunda xərclənib. Bura əsasən Füzuli Beynəlxalq Hava Limanına ayrılan vəsaitlər daxildir. Digər vəsaitlər isə infrastruktur xərclərinə sərf edilib. 2021-ci ildə büdcədən ayrılan vəsaitlərin 284 milyon 487 min manatı və ya 14.55 faizi Şuşa şəhərinə və ətraf qəsəbələrə xərclənib. Bu vəsaitlərdən 224 milyon 369 milyon manatı və ya 11.57 faizi Cəbrayıl rayonunda xərclənib.

Ötən il büdcə xərclərindən 214 milyon 471 milyon manatı və ya 10.97 faizi Zəngilan royununda xərclənib.

192 milıyon 808 min manat Kəlbəcər rayonunda xərclənib. Bu da həmin ildə işğaldan azad edilən ərazilərin bərpası üçün nəzərdə tutulan vəsaitlərin 9.86 faizi deməkdir. Ağdam rayonunda bərpa işlərinə isə daha az vəsait sərf edilib. Büdcədə nəzərdə tutulan vəsaitlərin 142 milyon 623 min manatı və ya cəmi 7.29 faizi bu rayonda xərclənib.

Laçin rayonunda isə bərpa-quraşdırma işlərinə 118 milyon 13 min manat vəsait xərclənib. Yəni ümumi xərclənən vəsaitlərin cəmi 6.03%-i həcmində.

110 milyon 26 min manat Qubadlı rayonunda xərclənib(5.62 %).

İşğaldan azad edilən ərazilər arasında ən çox vəsait məhz Füzuli rayonu ərazisinə düşür. Bunlar Füzuli Hava Limanı və “Zəfər” Yolu layihələridir. Lakin biz bu meqa layihələr üçün xərclənən vəsaitlərin ayrı-ayrılıqda nə qədər olmasına dair rəsmi qaynaqlarda heç bir informasiyaya rast gəlmirik.

2021-ci ilin yanvar ayında inşasına başlanan Füzuli Beynəlxalq Hava limanında 8 ay iş davam edib. Tikintidə Azərbaycan və Türkiyə şirkətləri iştirak edib. Bu barədə də rəsmi informasiyalar olmasa da ümumi təqdimatlardan belə qənaətə gəlmək olar. Ümumiyyətlə, dövlət satınalamlarına dair rəsmi qaynaqlarda bu meqa layihənin reallaşdırılmasında iştirak edən, tenderin qalibi olan şirkətlər haqqında informasiyaya rast gəlmək mümkün deyil. Bizə məlum olan odur ki, hava limanının inşası üzrə sifarişçi qismində “Azərbaycan Hava Yolları” Qapalı Tipli Səhmdar Cəmiyyəti cavabdehlik daşıyır. Lakin AZAL ictimayyətə kifayət qədər qapalı olduğundan, tender və qaliblər haqqında heç bir informasiya verilmir. Nəticədə də ortaya kifayət qədər ciddi şübhələrlə dolu suallar çıxmış olur.

Füzuli Beynəlxalq Hava Limanı tikilməkdədir, belə olacaq - Foto

Araşdırmalar zamanı məlum olur ki, Füzuli Hava Limanının inşası layihəsinə start verilmə ərəfəsində Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 35 milyon manatlıq kapital ilə “Fuzuli Aerport” MMC adı ilə şirkət qeydiyyatdan keçib. “Füzuli Airport” MMC-nin qeydiyyatdan keçdiyi ünvan AZAL rəhbəri Cahangir Əsgərova məxsus olan “Silk Way Holdinq” ilə eynidir. Araşdırmalara əsasən, Füzuli Hava limanında eniş enmə zolağının inşasını “Azvirt” MMC həyata keçirib. Eyni zamanda hava limanında inzibati binanın daxili tamamla işlərini AED Group (Azeruodecor LLC) həyata keçirib. Adları çəkilən hər iki şirkət azad edilmiş ərazilərdə Zəngilan Hava Limanının da tikintisində iştirak edirlər.

Füzuli Hava Limanın tikintisində izolyasiya işlərinə SİKA şirkəti cəlb edilib. Məhz SİKA-nin izolyasiya işlərində iştirakı ilə bağlı hər hansı bir rəsmi tender həyata keçirilmədiyindən, şirkətin hansı məbləğdə vəsait əldə etdiyi məlum deyil.

Hava limanında istifadə edilən elektrik məhsulları və kabellərin təchizatını “Baku Cable Goknur LTD” həyata keçirib. “Baku Cable Goknur LTD” şirkətinin rəhbəri “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevin qardaşı Emin Rzayevdir. Füzuli Hava Limanında kanalizasiya xətlərinin, drenaj xətlərinin, kabel qoruma xəttlərinin borularını “Azərtexnolayn” istehsal edir. Bu şirkət “Azəravtoyol”un sifarişi ilə işğaldan azad edilmiş ərazilərdə 20-dən çox tenderin qalibi olub. Füzuli Hava limanında tikinti işlərini həyata keçirən şirkətlərdən biri də “ASG Constriction” şirkətidir. Bu şirkət AZAL-ın layihələrini də idarə edir. Hazırda Zəngilanda Hava Limanının inşasına da cəlb edilib.

Qarabağda ikinci böyük layihənin sifarişçisi Kənd Təsərrüfatı Nazirliyidir. Nazirliyin layihələrini “As Group İnvestment” şirkəti icra edir. Bu şirkətin təsisçisi də Şahin Mövsümovdur. Şahin Mövsümov Azərbaycan Prezidenti Şahmar Mövsümovun qardaşıdır.

Nazirlər Kabinetinin 2021-ci il üzrə büdcə icmal hesabatına əsasən, Qarabağda yolların inşa edilməsinə 1 milyard 590 milyon manat vəsait xərclənib.

Qarabağda binalar Azərbaycanın yeni tikinti üslubunda

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən açıqlamaya əsasən, işğaldan azad edilən ərazilərdə ümumi uzunluğu 1516 km olan 15 avtomobil yolu inşa olunub.  Həmçinin, Laçın rayonu ərazisində Qorçu avtomobil yolunda partlatma, yamac açma və sair işlər də görülüb.

İşğaldan azad edilən ərazilərdə 23 enerji obyektinin inşasına başlanılıb. Bu tikinti işlərində iştirak edən “CBS” QSC “Azərenerji”nin prezidenti Balababa Rzayevin oğlu Fuad Rzayevdir. Digər icraçı şirkət “Bakıelektro” ASC-nin rəhbəri Balababa Rzayevin qardaşı Emin Rzayevdir. Kəlbəcər üzrə keçirilən tenderdə qalib olan “Farcon” MMC Balababa Rzayevin kürəkəni Fərid Fərhadzadəyə məxsusdur. Qarabağda tenderlərin qalibi olan “Electro İndistrues” şirkətinin rəhbəri isə İcbari Sığorta Bürosunun rəhbəri Rəşad Əhmədovun qardaşı Aqşin Əhmədovdur. Qeyd edək ki, “Azconstruction”un ilk təsisçisi Rəşad Əhmədovun atası Bayram Əhmədov olub.



Oxşar Xəbərlər

Xəbər lenti