Dəniz kənarında çay 30 manatdır, Bulvar İdarəsi isə borc içində batır - korrupsiya şübhəsi


ziyanla işləməməlidir. Çünki orada ziyan ola biləcək məsələlər yoxdur. Əksinə, ərazisində kifayət qədər çox sayda obyektlər var, onların icarəhaqları çox böyükdür. Buna görə də onlar hesabat verib, açıqlama verməlidirlər ki, həmin ərazidə yerləşən ticarət obyektləri nə qədər icarə pulu verir, bu icarə pulunun yığılması hansı səviyyədədir, kimlərlə müqavilələr bağlanıb? Yəni bütün bunlar qeyri-şəffaflıqdan doğur. Ona görə də əgər dövlət bu yükü üzərindən atmaq istəyirsə, məmnuniyyətlə elə yerli və yaxud beynəlxalq şirkətlər ola bilər ki, həmin  ərazidə idarəetməni icarə müqaviləsi ilə dövlətdən götürüb, heç bir ziyan etmədən, hətta böyük gəlir əldə edə, dövlətə də böyük vergi verə bilərlər. Yəni  dövlətin idarəsi bunun bacarmırsa, idarəetməni özəl sektora verə bilər".

Eyyub Kərimli: “Sözsüz ki, burada korrupsiya məsələləri də var”İqtisadçı Eyyub Kərimli isə qeyd etdi ki, tendensiya onu göstərir ki, bəzi dövlətin nəzarətində olan bu tipli müəssisələrin çoxu ziyanla işləyir: “Burada bir neçə məsələlərin təsiri var. Əsas amillərdən biri budur ki, burada menecmentlik məsələsində zəiflik var. Digər tərəfdən isə sözsüz ki, burada korrupsiyadan irəli gələn məsələlər də var. Çünki Bulvar İdarəsinin ərazisində kifayət qədər böyük obyektlər var və təbii ki, onlar böyük icarə haqları ödəyir. Lakin ziyanlar onu deməyə əsas verir ki, həmin obyektlərdən alınan icarə haqlarının heç də hamısı büdcəyə köçürülmür. Burada çox böyük məbləğlərdən söhbət gedir. Onu da qeyd etmək lazımdır ki, Bulvar İdarəsinin ərazisində olan bir sıra obyektlər mövsümi xarakterli fəaliyyət  göstərir. Belə ki, onlar daha çox yay mövsümündə aktiv işləyir. Ümumilikdə isə Bulvar İdarəsinin fəaliyyətində şəffaflığının təmin olunmasında problem var. Bu gün əgər araşdırma aparmaq istəsək, qurumun saytında heç bir hesabata rast gələ bilmərik. Yəni göstərilmir ki, ərazidə fəaliyyət göstərən  obyektlərin icarəhaqları nə qədərdir, onlar nə qədər vergi ödəyir, buradan dövlət büdcəsinə nə qədər vəsait keçir və sairə. Bu da onu deməyə əsas verir ki, Bulvar İdarəsinin fəaliyyəti şəffaf qurulmayıb”.



Oxşar Xəbərlər

Xəbər lenti