8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hacıoğlu”nun marketləri, restoran və kafeləri, yanacaqdoldurma məntəqələri, pullu tualetləri…
Bakı-Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yola yaxın tikilmiş, hətta trası zəbt edən qeyri-qanuni obyektlər barədə mediada çox yazılıb. Sözügedən qanunsuz obyektlər içərisində “Hacıoğlu” şirkətinə məxsus kafe və restoran, yanacaqdoldurma məntəqəsi və digərləri olub. Trası zəbt edən digər obyektlərin kimlərə məxsus olması barədə uzun-uzadı yazmaq istəmirik.
Çünki bu yazının mövzusu konkret olaraq “Hacıoğlu” şirkətinə məxsus obyektlərdir. Bu kafe və restoranların vaxtilə sabiq baş prokuror Zakir Qaralova məxsus olması barədə də mətbuatda çox yazılıb. Sözün qısası, yüksək səviyyədə verilən tapşırıqdan sonra Bakı-Astara avtomobil yolunun üzərindəki məşhur “Hacıoğu” restoranları 3 ay faəliyyətini dayandırdı və sonradan fəaliyyətini bərpa etdi.
Araşdırma zamanı məlum olmuşdu ki, “Hacıoğlu” şirkəti üçün torpaq sahələri ayrılarkən qanun pozuntuları baş vermişdir. Hətta adıçəkilən ərazidəki bəzi obyektlərin Salyanın keçmiş deputatı, sabiq hərbi komissar, general-leytenant Əliağa Hüseynova məxsus olduğu barədə də mətbuatda çox yazılıb. Əlbəttə, biz bu yazıda baş verən qanunsuzluqları araşdırmaq fikrində deyilik. Konkret olaraq bəhs edəcəyimiz mövzu “Hacıoğlu” şirkətinin sahibinin Qarabağ müharibəsi döyüşçüsü, veteran olan şəxsə münasibətindən gedir.Belə ki, üzümüzü “Hacloğlu” şirkətinin sahibinə tutub deyirik ki, bu ərazidə nələrin yoxdur..? Marketlərin, restoran, kafelərin, yanacaqdoldurma məntəqələrin və… Bəli, “Hacıoğlu” şirkətinin sahibi ərazidə uppuzun bir PULLU tualet tikdirib və yol boyu gəlib gedənlər, müştərilər, sərnişinlər öz təbii tələbatlarını burada ödəyirlər. Və ən dəhşətlisi odur ki, ailəsini dolandırmaq üçün hər şeyə hazır olan Qarabağ döyüşçüsünə bu tualetdə iş veriblər.Belə ki, Qarabağ veteranı bu tualetdə həm də şirkətin sahibi üçün tualet pulu yığır, həm də tualeti təmizləməklə məşğul olur. Və Qarabağ veteranı bu təhqiramiz işin qarşılığında öz ailəsi üçün hər ay “Hacıoğlu” şirkətinin sahibindən 350 manat əmək haqqı alır. Biz başa düşürük ki, Qarabağ veteranının bu cüzi əmək haqqına ehtiyacı var. Amma Qarabağ döyüşçüsünə tualet təmizlətdirmək heç kimə başucalığı gətirməz. Və bunu bütün cəmiyyət görür. Yeri gəlmişkən, bu məqamda Qarabağ veteranları ilə bağlı illər öncə baş verən bir hadisə yadımıza düşür. 1996-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işləyən ( sonradan Belorusiyada Azərbaycanın səfiri oldu ) Əli Nağıyev Qarabağ veteranlarının işlə təmin olunması, məşğulluğu ilə bağlı çox iyrənc bir təklif vermişdi. Sabiq nazir demişdi ki, Sumqayıtda xeyli çəkməçi, ayaqqabı təmizləyən budka-köşklər açmışıq, qoy Qarabağ veteranları orada işləsinlər. Yaxşı yadımdadır ki, onda bütün ölkə mətbuatı naziri topa tutmuşdu. Və onun sonrakı aqibəti bəllidir… Gəlin etiraf edək ki, 90-cı illərin Azərbaycanı ilə indiki Azərbaycan arasında yerlə göy qədər fərq var. İndi dövlətimiz iqtisadi cəhətdən daha güclüdür.
İkincisi, nə qədər ağır olsa da çəkməçi ilə tualet təmizləyən arasında da ….
Nə isə, “Hacıoğlu” şirkətinin Qarabağ veteranına tualet təmizlətdirməsi bizə qarşı təhqirdir. Görəsən, 2016-cı ildən bu günədək Salyan Rayon İcra Hakimiyyətinin başçısı kreslosunu zəbt edən cənab Sevindik Hətəmov bu rüsvayçılığı görüb bilmir..? Və üzmüzü Sevindik Hətəmova tutub deyirik ki, ay Sevindik müəllim, vallah sizin yerinizə biz utanıb xəcalət çəkdik. Yəni Salyan boyda rayonda Qarabağ veteranına verməyə bir münasib iş tapmadınız ki, ona tualet təmizlətdirirsiniz..?
“Hacıoğlu” şirkıtinin sahibinə isə deyirk ki, əgər Qarabağda döyüşən oğullar olmasaydı, sən özünün və yaxınlarının vəziyyətini göz önünə gətir…Unutmayın ki, sizin bu iyrənc əməlinizi sizə nə bu xalq, nə də dövlətimiz bağışalmayacaq. Mövzunun gündəmdə saxlayacağıq. Bizi izləyin.P.S. Qarabağ müharibəsi veteranına bu cür münasibət dünyanın heç bir yerində yoxdur. Cənab Prezidentimiz müharibə veteranları haqqında həmişə yüksək fikirdə olub. Qəzan mübarək Sevindik Hətəmov!
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gündəlik Bakı