"Soliton" insanlara “toy tutur” – Müştəriyə ölüm saçan paltaryuyan satıb

Azad İstehlakçılar Birliyi sədri Eyyub Hüseynov məlumat verib.

Şikayətçi "Soliton" mağazalar şəbəkəsinin Nərimanov rayonu, Azadlıq 145b ünvanında yerləşən fillialından paltaryuyan maşın alıb. Vətəndaş iddia edir ki, 1199 manat dəyərində paltaryuyan maşının gövdəsinə elektrik cərəyanı olduğuna görə toxunmaq mümkün deyil:

"Qarşı tərəf binada torpaqlama olmadığından cərəyanın korpusa ötürüldüyünü söylədi. İzah etdim ki, torpaqlanma yalnız qəza rejimində gərəklidir. Saz avadanlığın korpusa cərəyan ötürməsi normal deyil. Məhsul qüsurludur.

Malı gəlib götürməklərini istədim. Dəfələrlə qaynar xətlə əlaqə saxlasam da, heç bir müsbət cavab almadım. Torpaqlanma hər dəfə bəhanə gətirilir. Paltaryuyanı işlətmədiyimiz isə məlumdur. Çünki cihaza yaxın durmaq qorxuludur".

Şikayətçi ödədiyi məbləğin və təhlükəli məhsulun geri qaytarılmasını tələb edir.

Qeyd edək ki, şikayətçiyə məhsulla bağlı 1 illik zəmanət talonu da verilib.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (Sherg.az)



Oxşar Xəbərlər

Xəbər lenti