""Bolt" və "Uber"i Azərbaycandan qovmaq lazımdır - ÇAĞIRIŞ

""Bolt" və "Uber"i Azərbaycandan qovmaq lazımdır
""Bolt" və "Uber" taksi şirkətləri Azərbaycandakı şirkətlər arasında xaotik vəziyyət yaradıb. Həm də bazarda olan süni qiymət sayəsində manapoliya quraraq, bunun adını rəqabət qoyurlar. Bununla da digər taksi şirkətlərini sıradan çıxarırlar".

Sozcu.info xəbər verir ki, bunu Sonxeber.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, söhbət iqtisadi inkişafdan, xarici investorların Azərbayacana cəlb edilmısindən gedirsə, "Uber" və "Bolt" taksi şirkətlərinin, eləcə də "Yango" və "Maxim"in bizim ölkəyə heç bir xeyri yoxdur.

"Ziyanı isə çoxdur. Azərbaycanda qazandıqları pulları aparıb xaricdə, bəzən də ermənilərin arasında yeyib kef edirlər, biz də burda hər gün qəzaya baxırıq, sürücülər itin zülmünü çəkir, qəpik-quruşa taksi sürürlər.

Bütün bunları nəzərə alaraq deyirəm ki, bu şirkətlərin hamısı Azərbaycandan qovulmalıdır. Yerli şirkətlər inkişaf etməlidir. Vahid taksi qiyməti müəyyən edilən kimi "Bolt" və "Uber" ləğv olunmalıdır. Onlar bizim yerli şirkətləri məhv edib. Onlar bizə hər gün qəza yaşadır, onların sayəsində Prius kimi avtomobil modeli gözdən düşüb".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}