8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gəncə Şəhər Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynov 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunub.
Bu barədə “Hürriyyət”in əməkdaşı Azər Allahverdiyev xəbər verib. Xatırladaq ki, Zakir Hüseynov tutduğu nöqsanlara görə 02.07.2020-ci ildə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılmışdı. Lakin az müddət sonra Azərbaycan Dövlət Aqrar Universiteti işsiz qalan Z.Hüseynova öz qapılarını açdı.
Belə ki, o, 16.11.2020-ci ildə ADAU-nun "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsinə təyin olundu. Ümumiyyətlə, Z.Hüseynovun universitetdə bir dəfə də olsun dərs keçmədiyi halda, "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəinə təyin olunması müəmmalıdır. Görünür, onunla sabiq ADAU-nun rektor İbrahim Cəfərov arasındakı dostluq münasibətindən irəli gəlir. Əldə etdiyimiz məlumatlara görə, sabiq təhsil şefi Zakir Hüseynov 2021-ci ilin avqust ayında 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunub. Gəncə şəhər Təhsil İdarəsinin müdiri, 16.11.2020-ci ildən isə ADAU-nun "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsində işləyən bu şəxsin 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunması qanuna ziddir. Belə ki, bir şəxsin iki vəzifə tutması qanuna ziddir, ya kafedra müdiri, ya da Dairə sədri işləyə bilər. Amma buna baxmayaraq, Zakir Hüseynov fərqli olaraq, qara gözü ilə digər şəxslərdə seçilir. Maraqlı odur ki, bu posta təyin olunan Gəncə Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynov, qeyd etdiyimiz kimi, hazırda Gəncə Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri işləyir, hətta 05 ştat vahidi ilə rəhbəri olduğu kafedranın müəllimidir. Bu da qanunun kobud şəkildə pozulmasıdır, maliyyə pozulmasının rəsmi faktıdır. Aidiyyəti orqanlar tərəfindən araşdırılması məqsədə uyğundur....
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq…
Gəncə Müxbiri Azər