İstanbulda terror törədən qadının kimliyi bilindi- Suriyadan gəlibmiş- YENİ FAKTLAR


İstanbulda terror törədən qadınla bağlı İstanbul Polis İdarəsi yeni məlumat yayıb.

Sozcu.info xəbər verir ki, yayılan məlumatda aşağıdakılar bildirilir:

“Hücumla əlaqədar araşdırmalarda bomba yerləşdirən şübhəli qadını aşkar etmək üçün 1200 təhlükəsizlik kamerasına baxılıb.

Həmin şəxsin taksi ilə hadisə yerini tərk etdiyi görülüb. Onun təmasda olduğu 21 ünvanda əməliyyat aparılıb. Əməliyyat zamanı 46 nəfər tutularaq saxlanılıb.

Bombanı qoyan şəxsin Küçükçekmece rayonundakı bir ünvana getdiyi müəyyən edilib. Saat 02:50-də təyin olunmuş ünvanda həyata keçirilən əməliyyatda hadisəni törədən Əhlam Albaşir adlı Suriya vətəndaşı yaxalanıb. Həmin şəxs dindirilməsində PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və hərəkətə keçmək üçün Afrin üzərindən qeyri-qanuni yollarla ölkəmizə daxil olduğunu bildirib”.

PKK/PYD/YPG terror təşkilatının Suriyanın Kobani şəhərindəki qərargahından İstanbulda terror törətmə əmri verilib və həmin şəxs 16:20-də terroru gerçəkləşdirib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}