8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəbər verdiyimiz kimi, noyabrın 12-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Makron sükutu pozaraq, tövbə edən uşaq kimi 2 aydan sonra yenidən İlham Əliyevlə telefon danışığı aparıb.Fransa Prezidenti noyabrın 19-da Frankofoniya təşkilatının 18-ci zirvə görüşü çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcəyi ilə bağlı İlham Əliyevi məlumatlandırıb. Makron bu addımı ilə sanki demək istədi ki, tərəflərdən biri ilə görüşürsə, o birisi ilə də dialoqu vacibdir.
Makronun səhvlərini düzəltmək çabası...Makron tərəzinin gözünü Fransa televiziyasına verdiyi qalmaqallı müsahibəsindən hələ çox-çox əvvəl əymişdi. O, prezidentliyi dövründə dəfələrlə Ermənistana səfərlər edib. Ermənilərə hər zaman açıq dəstək verib. Bütün bunlardan sonra tövbəli uşaq kimi Azərbaycan Prezidentinə zəng eləməsi başa düşüləndir. Bunun da bir neçə səbəbi var:Səbəblərdən biri, Makron Fransa televiziyasına verdiyi məlum müsahibədə Azərbaycan haqqında dediyi hədyanlardan sonra o, çox böyük yanlışlığa yol verdiyini anladı. Çünki Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində əsas söz sahiblərindən biridir. Cənubi Avropa birbaşa Azərbaycan qazından asılıdır.Bu bir təsadüfdür, yoxsa yox. Bilmirik. Bildiyimizsə odur ki, Makronun məlum çıxışından sonra İtaliya ilə münasibətlər xeyli soyuqlaşıb. İtaliyanın Baş naziri Corc Meloni 2 gün öncə Fransa prezidenti Emmanuel Makronu Aİ-nin siyasətinə xəyanətdə ittiham edib.
Doğrudur, bunu immiqrasiya məsələsi ilə bağlı danışarkən deyib. Amma hər halda hansısa prezidentin rəsmi şəkildə xəyanətdə ittiham edilməsi çox nadir və biabırçı haldır. Ona görə də, Makronun zəngi Aİ-nin basqılarından sonra reallaşıb.Eyni zamanda Makronun məlum açıqlamaları Fransanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik imkanlarını şübhə altına alıb. Halbuki, Fransa bu ölkələr arasında imzalanacaq sülh sazişində əsas pay sahibi olmağa çalışır.
Lakin Emmanuelin son sayıqlamaları Fransanın strateji maraqlarına böyük ölçüdə zərbə vurdu. Ona görə də, Makron ən qısa vaxtda öz səhvini düzəltmək istəyir. Əks təqdirdə, Fransa sülh danışıqlarından kənarda qala bilər.
Sonuncu məqam və bəlkə də ən əsası Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə noyabrın 1-də Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısındakı çıxışından narahat olan Makron tövbə eləmək məcburiyyətində qalıb.Çünki Azərbaycan Prezidenti həmin çıxışında Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını və 1,5 milyon əlcəzairlinin qətlə yetirdiyini bildirdi.Bununla da Yelisey Sarayına mesaj verildi ki, əli qana batmış rejim heç zaman ədalətin təcəlləsinə yardımçı ola bilməz.Bütün bunları görüb, dərk eliyən Makron Azərbaycan Prezidentinə zəng etmək, münasibətlərdəki soyuqluğa son vermək istəyini ortaya qoydu.
bizim.media