Varis-şahzadənin ölüm xəbəri ABŞ nəşrinin diqqətini çəkib:“Digər şahzadələr qisas alıblar” - Araşdırma

Varis-şahzadənin ölüm xəbəri ABŞ nəşrinin diqqətini çəkib:“Digər şahzadələr qisas alıblar” - Araşdırma

 

Sissi Kao

Observer (ABŞ), 29.05.2018

 

Səudiyyə Ərəbistanının 32 yaşlı varis şahzadəsi və ölkənin faktiki rəhbəri Muhəmməd bin Salmanı şübhəli sükut bürüyüb. Bu sükut o qədər qulaqbatırandır ki, Yaxın Şərqdə bəzi KİV-lər onun ölüb-ölmədiyi haqda sual edir.

Muhəmməd bin Salman aprelin 12-də İspaniya kraliçasının ailəsiylə görüşdən sonra publikada görünməyib. Aprelin 21-də isə Ər-Riyadda kral sarayının yanında atışma baş verib.

Səudiyyə Ərəbistanı rəsmi informasiya agentliyi bildirib ki, təhlükəsizlik qüvvələri kral sarayının yaxınlığında pilotsuz vurub. Amma bəziləri hesab edirlər ki, əslində, atışma Səudiyyə Ərəbistanı kral ailəsinin kral Salmanı devirmək istəyən bir qisminin başçılıq etdiyi dövlət çevrilişinə cəhd idi.

Səudiyyə Ərəbistanının bəzi düşmənləri buna əmindirlər. İranın "Keyhan” qəzeti keçən həftə xəbər verib ki, varis şahzadə hücum nəticəsində yaralanıb və ola bilsin, artıq ölüb (bax – http://strateq.az/manshet/253498/s%C9%99udiyy%C9%99-%C9%99r%C9%99bistaninin-v%C9%99li%C9%99hd-sahzad%C9%99si-oldurulub.html-red.) Qəzet, kəşfiyyatın ərəb ölkəsindən adını çəkmədiyi yüksəkçinli vəzifəli şəxsdən aldığı məxfi məlumatına istinad edib.

Qəzet iddia edib ki, "şahzadənin, demək olar, 30 gün ərzində yoxluğunun  insidentlə bağlı olduğu və cəmiyyətdən gizlədildiyindən xəbər verən xeyli sübut var”.

"Keyhan” öz sözlərinin təsdiqi kimi diqqəti buna yönəldir ki, ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo aprelin sonunda Ər-Riyada səfər edərkən Muhəmməd bin Salman kameralar qarşısında görünməyib, halbuki atası, Səudiyyə Ərəbistanı kralı Salman bin Əziz və xarici işlər naziri Adil əl-Cubeyr görünüb.

Muhəmməd bin Salmanın sağ olduğunu təsdiqləyən Səudiyyə KİV-ləri şayiələri təkzib etmək üçün çərşənbə günü onun Ciddədə nazirlər kabinetinin toplantısındakı fotoşəklini dərc edib.

Bin Salmanın yox oması bir aya yaxın çəkib. O, bir neçə həftə qabaq Amerikanın bir sıra biznes nəhənglərilə işgüzar əlaqələri müzakirə etdiyi ABŞ və Avropaya səfərindən sonra KİV-lərin nəzərindən yox olub.

Səudiyyə taxtınınn varisi səfərdən qayıdandan sonra kral ailəsi daxilində ciddi gərginliklə üzləşib. İran informasiya agentliyinin məlumatına görə, bin Salmanın oğlu, Muhəmməd bin Naif və mərhum kral Mutaib bin Abdullanın oğlu Yəmənə təcavüzkar müdaxilə və Qətərin blokadasına qarşı çıxış ediblər.

21 aprel dövlət çevrilişi cəhdi həqiqətən olubsa, onda bu, ehtimal ki, bin Salmanın 2017-nin noyabrında başladığı və bu gedişatda kral ailəsinin onlarla varlı üzvünün həbs edildiyi kütləvi repressiyalara görə qisas almaq üçün daha bir addımdır.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti