Kral Salman hərbi komandanlığın rəhbər heyətini dəyişdi

 

Səudiyyə Ərəbistanında Baş Qərargah rəisi daxil olmaqla yüksək rütbəli hərbçilər istefaya göndərilib.

BBC xəbər verir ki, Kral Salman bin Əbdüləziz əs-Səud gecə saatlarında bununla bağlı sərəncamlar imzalayıb.

Kral Salman, həmçinin quru qoşunları və hava hücumundan müdafiə qoşunları komandanlarını da istefaya göndərib.

İstefalar barədə məlumat Saudi Press Agentliyi (SPA) tərəfindən yayılıb, lakin yüksək rütbəli hərbçilərin hansı səbəbdən istefaya göndərilməsi açıqlanmayıb.

İstefalar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə keçirdiyi əməliyyatların üçüncü ilinin sonlarında baş verib.

Bu istefaların arxasında müdafiə naziri, şahzadə Məhəmməd bin Salmanın olduğu bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti