Abel Məhərrəmovun səhhəti necədir? - AÇIQLAMA

Abel Məhərrəmovun səhhəti necədir? - AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun ürək çatışmazlığı diaqnozu ilə daxil olub. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra o palataya köçürülüb. A.Məhərrəmovun ürəyində ciddi problemlərin olduğu üçün xaricdə xəstəxanaların birinə yerləşdiriləcəyi ilə bağlı da məlumat yayılıb.

Məsələ ilə bağlı sabiq rektorun keçmiş köməkçisi, hazırda Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasının professoru olan Namiq Şixəliyev unikal.org-a açıqlamasında bildirib ki, A.Məhərrəmovun səhhətində yaranan problemlərlə bağlı hazırda ev şəraitində müalicəsini davam etdirir.

A.Məhərrəmovun xaricdə müalicə alacağı ilə yayılan xəbərlərə isə Namiq Şixəliyev belə münasibət bildirib: "Özü ilə danışmışam. Belə bir plan olsaydı bilərdim. Abel müəllim hazırda özünü yaxşı hiss edir, ev şəraitində müalicəsini davam etdirir. Hələlik işə çıxmır. Mülicələri bitdikdən sonra üzvi kimya kafedrasının müdiri kimi işinin icrasına davam edəcək”.



Oxşar Xəbərlər

Xəbər lenti