Ağdamın təzə başçısı nazirə meydan oxuyur: 25 tibb işçisini çıxardıb - VİDEO

Ağdamın təzə başçısı nazirə meydan oxuyur: 25 tibb işçisini çıxardıb - VİDEO

 

Vaqif Həsənov ötən il prezident sərəncamı ilə Ağdamın icra hakimiyyəti başçısı təyin olunub. Amma gələr-gəlməz narazılıq yaratmağa, insanları incitməyə başlayıb.

Bu dəfə onun qanunsuz qərarları ilə məcburi köçkün olan tibb işçiləri qarşılaşıblar. İH başçısının səlahiyyətlərinə aid olmadığı halda Bakıda yerləşən Ağdam tibb məntəqəsinin personalını işdən azad edib.

Buna səbəb kimi Ağdam rayon mərkəzi xəstəxanasında kadr çatışmazlığı göstərilib. Artıq 25 tibb içisi işdən azad edilib. Onlara deyilib ki, ya könüllü ərizə yazıb Bakıdan Ağdama işləməyə gəlsinlər, ya da töhmətlə işdən çıxrılacaqlar. 

Şəhərdə H.Z.Tağıyev adına tikiş fabrikinin yataqxanasında məskunlaşmış köçkün ailələr bir şərtlə Ağdamın Quzanlı qəsəbəsinə qayıdıb yerləşməyə razıdırlar: onlar rayonda evlə təmin edilsin, ailə başçılarına iş verilsin. 

Ancaq bu imtiyazlar, şərait yaradılmır. Belə olan halda tibb işçiləri ayda 150 manat maaşla Ağdamda yaşamağın mümkünsüz olduğunu bildirirlər.

Bu barədə xalqxeber.tv-yə video müsahibə verən tibb işçiləri deyiblər ki, tibb məntəqəsi Səhiyyə Nazirliyinə tabedir. Nazirlik isə bildirilib ki, işə davam edin. Amm sən saydığını say, gör Ağdamın icra başçısı nə sayır.

O, İH başçısı olduğu halda, səlahiyyətindən kənar addım ataraq 25 nəfəri işsiz qoyub, neçə aydır maaşlar verilmir. 

"Biz 150 manatla ailəmizi Ağdamda necə dolandıraq? Bizi başçı məcbur edir ki, ora qayıdın. Guya işçi çatışmazlığıdır. 

1998-ci ildən burda işləyirik, nə oldu, indi çatışmazlıq meydana çıxdı? Bəs əvvəlki icra başçıları niyə demirdilər ki, həkim, tibb bacısız çatışmazlığı var? 

İkincisi, biz bura yerləşmişik, uşaqlarımız oxuyur, indi hər şeyi qoyub ora necə gedək? Mən öz rayonuma qayıtmağa etiraz eləmirəm. Sadəcə, bizə yaşamağa ev verilsin, yoldaşımı götürüb gedərəm”,-deyə şikayətçilərdən biri qeyd edir. 

Onların sözlərinə görə, ərizəmiz olmadan harda qanun var ki, işdən çıxarsınlar: "Vaqif Həsənov gələndə yada düşüb ki,guya bura qanunsuz işləyir. Səhiyyə Nazirliyinə,Prezident Administrasiyasına, Mehriban xanıma teleqram vurmuşuq. 

Axı Ağdamda harda qalaq? Kefimizdən Bakıda işləmirik. Bizə Quzanlıda ev verilsin. Nazirlikdən Musa müəllim dedi ki, tibb məntəqəsi bağlanmır. Biz neçə aydır gəlib-gedirik,pulsuz müayinə edirik, çünki insanların imkanı yoxdur. Amma maaş almırıq. 

Nazirlik bizə dərman vermir, həkimlər resept yazır, onlar da aptekdən alırlar. Heç olmasa bizi burda dövlət xəstəxanasında işlə təmin eləsinlər. Bizim ümidimiz Mehriban xanımadır. O, hamıya kömək edir, bizədə eləsin. 

Bayram gəlir, iki körpəm var, bu Novruzu necə keçirəcəm, bilmirəm. Biz Ağdam icra başçısının qəbuluna getdik, görüşmədi, dedi qanun mənəm”.

Göründüyü kimi, prezidentin yeni təyin etdiyi icra başçısı bir tərəfdən köçkünləri narazı salıb ayağa qaldırır, bir yandan ona aid olmayan işə müdaxilə edərək qanunsuz şəkildə tibb personalını işsiz qoyur, çörəyinə bais olur, onlar maaş ala bilmirlər.

Nazirliyin qərarı yox, varsa da həmin tibb işçiləri başqa səhiyyə ocaqlarına yerləşdirilməlidirlər. Bunun Ağdamın başçısı V.Həsənova aidiyyatı yoxdur. 

Digər tərəfdən, bu özbaşınalıqla icra başçısı səhiyyə naziri Oqtay Şirəliyevə meydan oxumaqdadır. 

Nazir lazım gələrsə, müvafiq addımlar atacaq, tibb işçilərinin icra hakimiyyətinə dəxli nədir? Bu suallara Ağdam RİH aydınlıq gətirmək istəsə, mövqeyini dərc edə bilərik./Cahan.info/



Oxşar Xəbərlər

Xəbər lenti