8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov icra başçısının kürəkənini vəzifədən çıxarıb.
Sozcu.info cənub zonasında fəaliyyət göstərən cenubxeberleri.com saytına istinadən xəbər verir ki, Komitənin 8 saylı Ərazi İdarəsinin Masallı rayon şöbəsinin rəisi Cəfər Gözəlov tutduğu vəzifədən azad edilib.
Onun öz ərizəsi ilə işdən çıxmasını vurğulayan sayt iddia edir ki, bu günlərdə şöbədə ciddi yoxlama aparılıb. Elə bu yoxlamaların da şöbə müdirinin ərizə yazıb, işdən getməsinə səbəb olduğu ehtimal olunur.
Məlumata görə, Cəfər Gözəlovdan boşalan posta hələlik təyinat olmayıb.
Onu da qeyd edək ki, vəzifəsi ilə vidalaşan C.Gözəlov Daşkəsənin icra başçısı Əhəd Abıyevin bacısının həyat yoldaşıdır.