8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun Məşğulluq Mərkəzinin direktoru Elşən Rüstəmovla yolların ayırıb. Bu barədə "Yeni Sözçü” qəzetinin redaksiyasına Ağdam rayonundakı mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, icra başçısı məşğulluq mərkəzinin direktorunu sərt tənqid edib və onunla işləmək istəmədiyini bildirib. Məlumatı dəqiqləşdirmək üçün əməkdaşımız Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru Elşən Rüstəmovla əlaqə saxlayıb və münasibətini öyrənib. Məlumatı təsdiq edən Elşən Rüstəmov Məşğulluq Mərkəzinin direktorunu təyin və azad etmək səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə məxsus oldğunu qeyd etdi: "Məni vəzifədən nazir azad edə bilər”. Məşğulluq Mərkəzinin direktorunun icra başçısı tərfindən vəzifəsindən azad edilməsi haqqında məlumatda o da qeyd edilir ki, Vaqif Həsənov daha bir neçə məmuru vəzifəsindən azad etmək niyyətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babyevin Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Məşğulluq Mərkəzinin direktoru ilə bağlı mövqeyini bölüşüb-bölüşmədiyinə yaxın günlərdə aydınlıq gələcək.
Sozcu.info