Parlament sədri istefasından danışdı

Parlament sədri istefasından danışdı

 

"Azərbaycanda səfərdə olarkən istefa verməyim düzgün deyildi”

Gürcü mətbuatı xəbər verir ki, parlamentin keçmiş sədri İrakli Kobaxidze istefasına dair ilk dəfə olaraq açıqlama verib. 

Sabiq spiker istefası barədə qərarın prinsipial olduğunu bildirib.

İ.Kobaxidze deyib ki, rusiyalı deputatın Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi ilə bağlı məsuliyyət onun üzərində olub: "Buna görə də mən hakim komandaya vəzifəmi tərk etməklə bağlı qərarımı bildirdim. İstefamın tələb olunduğu vaxt vəzifəmdən getməməyimə gəlincə, mən həmin gün Azərbaycanda səfərdə idim və bu cür qərarların digər ölkədə qəbul olunması düzgün deyil”.

Qeyd edək ki, İ.Kobaxidze iyunun 20-də Azərbaycana ilk rəsmi səfər edib. Rusiya Dumasının üzvü Sergey Qavrilovun parlamentdə keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı Baş Assambleyası zamanı spikerin kürsüsündə əyləşməsi ölkədə ciddi etirazlara səbəb olub. Etirazlar fonunda İ.Kobaxidze Azərbaycana səfərini yarımçıq qoyaraq vətənə qayıdıb və iyunun 21-də vəzifəsindən istefa verib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}