Sabiq baş nazir İrakli Qaribaşvili Gürcü Arzusu Partiyasına qayıtdı

Sabiq baş nazir İrakli Qaribaşvili Gürcü Arzusu Partiyasına qayıtdı

 

Keçmiş baş nazir İrakli Qaribaşvili hakim Gürcü Arzusu Partiyasına qayıdıb.

Sozcu.info  xəbər verir ki, bu barədə hakim partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasından sonra partiyanın baş katibi Kaxa Kaladze verib.

Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasının siyasi şurasının iclası keçirilib. Partiya sədri Bidzina İvanişvilinin sədrlik etdiyi toplantıda sabiq baş nazir İ.Qaribaşvili də iştirak edib.

Müxalifət liderləri hesab edirlər ki, İ.Qaribaşvilinin Gürcü Arzusu Partiyasına gətirilməsi hakim partiyada dərin siyasi böhranın olduğunu sübut edəcək.

Qeyd edək ki, İ.Qaribaşvili 2012-2013-cü ilərdə Gürcüstanın Daxili İşlər naziri, 2013-2015-ci illərdə Gürcüstanın Baş naziri olub. O, vəzifəsindən öz istəyi ilə istefa verib
Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti