29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
"Düzü, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyi düşünməmişəm. Kimlər iştirak edirsə, hamısına uğurlar arzulayıram”.
Bu fikirləri Modern.az-a mərhum eks prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Ərturqut Əliyev özünü heç vaxt parlamentdə görmədiyini də söyləyib:
"Milli Məclisdə deputat kimi təmsil olunmağı nə arzulamışam, nə də düşünmüşəm. Heç vaxt deputat olmaq istəməmişəm. Güman ki, bundan sonra da bu ənənəni qoruyub saxlayacam”.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.