Mirvari Qəhrəmanlı da Rauf Arifoğlunu dəstəklədi : “Rauf bəy o parlamentdə yüz minlərin səsi olacaq” - VİDEO

 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunu dəstəkləyib.

M.Qəhrəmanlı bildirib ki, R.Arifoğlu mətbuata da, siyasətə də yeni gəlmiş adam deyil və onun barəsində müsbət fikirdədir: "Mən onu Milli Azadlıq Hərəkatı dövründən tanıyıram. Yalnız mətbuatın deyil, eyni zamanda siyasi hadisələrin içində olmuş, ölkədə baş verən bütün hadisələri qiymətləndirməyi, o hadisələrə təsir mexanizmlərini fikirləşib tapmağı, analiz etməyi bacaran adamdır. 30 illik "Yeni Müsavat” qəzetini yaradan və onun yaşadanlardandır. Bu qəzet Azərbaycan cəmiyyətinə bir hədiyyədir. Mən özüm də illərdir ki, bu qəzetin oxucusuyam.

Nəyə görə Rauf bəyin parlamentdə təmsil olunmasını istəyərdim? Çünki mən hüquq müdafiəçisiyəm. İnsan hüquqlarının, qanunların aliliyinin təmin edilməsinə çalışır və insanları ona görə müdafiə edirik ki, qəbul olunan qanunlar həyata keçirilsin. Biz də onun ictimai nəzarətini həyata keçiririk. Amma görürsünüz ki, parlamentdə qəbul olunan qanunlar bir çox hallarda insanların sosial-iqtisadi hüquqlarının müdafiə edilməsində rol oynamır. Yəni, bir çox boşluq var. Onun qəbul edilməsində iştirak edən insanlar yəqin ki, bu sahəyə çox bələd deyillər.

Düşünürəm ki, Rauf bəy orda olsa, mən ona çox ürəklə yaxınlaşa, fikrimi bildirə, təkliflərimi verə bilərəm. Yüz minlərlə neftçinin adından təqdim edə biləcəyim təklifləri o, müdafiə edə bilər. O, yalnız mənim yox, mənim kimi çoxlu sayda insanın problemlərini dinləyib, həll etməyə qadir biridir. Mən problemlərə bir tərəfdən yanaşıram. Amma mənim kimi minlərlə adam olacaq və düşünürəm ki, Rauf bəy o parlamentdə həmin yüz minlərin səsi olacaq”.


 


Oxşar Xəbərlər

Xəbər lenti