İsrail prezidenti İrəvana gedəcək? - ermənilərin “fake” xəbəri arxasındakı məkrli hədəf

 

Ermənistan prezidenti Sərkisyanın yəhudi dövlətinə uğursuz səfəri düşmən ölkədə məyusluq doğurub; israilli politoloq saxta soyqırım iddiasını ələ saldı və ermənilərə yalançı vədlər verdi...

Ermənistan prezidenti Armen Sərkisyanın uğursuz İsrail səfəri barədə yazmışıq. Xəbər verdiyimiz kimi, səfər zamanı o, İsrail Knessetinin sədri Yodel Edelşteyndən qondarma "erməni soyqırımı” iddiasını parlamentin müzakirəsinə çıxarmağı xahiş edib. Lakin sözü havada qalıb. Qarşı tərəfdə Sərkisyanın məkrli xahişi heç bir isti reaksiya doğurmayıb. Bu da Ermənistanda, Xocalı soyqırımına imza atmış bir millətdə kifayət qədər ağrılı reaksiya doğurub - o cümlədən onun ekspert çevrələrində.

Məsələ ilə bağlı dünən 1in.am erməni portalı israilli politoloq-publisist Akvidor Eskindən münasibət alıb. "Yeni Müsavat”ın məlumatına görə, cavab kinayə qarışıq, neqativ tonda olub. Eskin Armen Sərkisyanın xahişini "qəribə” adlandırıb. "Düşünmürəm ki, parlament tarixi məsələləri təsdiqləməklə məşğul olmalıdır. Bununla belə, İsrail 1915-ci ildəki faciəvi hadisələrin qurbanlarını sayğı ilə anır. Bu, Knessetin qərar verəcəyi bir məsələ deyil”, - deyə o, erməni jurnalisti pərt edib.

Armen Sarkisyanın İsrailə ile ilgili görsel sonucu

Erməni müxbirin "Bəs aprelin 24-də ”soyqırımın" 105-ci ildonümü ilə bağlı İrəvanda tədbir olarsa, İsrail prezidenti də Ermənistana gələrmi" təxribatçı sualına politoloq belə münasibət bildirib: "Şübhəsiz. Mən özüm də iştirak eləməyə çalışacağam”.

Bax, burada o, yüz faiz blef edib. Lap dəqiqi, erməni jurnalistin timsalında erməniləri başından edir. Hər halda, 105-ci ildönümlə bağlı İsrailin yüksək çinli dövlət rəsmilərindən heç kim İrəvana getməyəcək. Əgər 100 illik törən-şouda belə bir səfər olmayıbsa, bu il heç olmayacaq.

*****

Bu yerdə qeyd edək ki, Akvidor Eskin ermənipərəst mövqeyi ilə tanınır. O, keçən il qanunsuz şəkildə Dağlıq Qarabağa səfər də edib. İndi bu, hələ ermənilərə guya rəğbəti olan yəhudidir. Amma göründüyü kimi, hətta o da uydurma "soyqırım” məsələsində erməniləri barmağına dolayır. Çünki bilir ki, belə bir iddia İsrail Knessetində heç vaxt müzakirəyə çıxarılıb təsdiqlənməyəcək. Səbəblər barədə çox yazılıb və təkcə Türkiyə amili ilə bağlı deyil. Ən əsası odur ki, İsraillə Azərbaycanı bir-birinə bağlayan siyasi, iqtisadi, humanitar və hərbi əməkdaşlıq telləri bənzərsizdir və heç vaxt Ermənistanla belə bağlar, bağlantılar olmayıb, olmayacaq.

Armen Sərkisyanın uğursuz İsrail səfəri ile ilgili görsel sonucu

"Yeni Müsavat” onu da xatırladır ki, indiyədək İsrail dövlətinin nə baş naziri, nə də prezidenti işğalçı Ermənistana səfər etməyib. 2015-ci ildə qondarma "soyqırımı”n 100-cü ildönümü ilə bağlı da heç bir yüksək çinli İsrail rəsmisi üzdəniraq yubiley törəninə qatılmaq üçün İrəvana getməmişdi. Yalnız Ermənistandakı səfirliyin əməkdaşı simvolik şəkildə tədbirə qatılmışdı.

O vaxt işğalçı ölkədə bu, çox güclü qıcıq yaratdı. O işğalçı Ermənistan ki, orada 5 minlik yəhudi icmasından indi heç 100 nəfər də qalmayıb. Çünki Ermənistan SSRİ süqut edən kimi bütün köklü xalqları qovaraq monoetnik dövlətə çevrilib (əgər Rusiyanın vassalı və marioneti olan bir coğrafiyaya dövlət demək mümkünsə).            

Özü də bunu təkcə biz demirik. Bu haqda Sərkisyanın İsrail səfəri öncəsi İsrailin nüfuzlu "The Yerusalem Post” nəşri də yazıb. Məqalədən yalnız bircə sitat: "Çoxsaylı sübutlar var ki, erməni cəmiyyəti antisemitdir. Belə ki, 2014-cü ildə - hələ Njdeyə abidə qoyulmamışdan qabaq 100-dən çox ölkədə antisemitizmin tədqiqi üzrə aparılan son araşdırmalar göstərmişdi ki, Ermənistanda  antisemit baxışlara dəstək faizi (58%) Avropa üzrə üçüncü, postsovet ölkələri və Şərqi Avropa üzrə isə ən yüksək olub. ”Rew" araşdırma mərkəzinin sorğusuna görə isə, ermənilərin 32%-i yəhudiləri öz vətəndaşları kimi qəbul eləmir. 1991-ci ildə Ermənistan müstəqilik əldə edəndə respublikada 5 minlik erməni icması var idisə, bu gün onların sayı 100 nəfərdir".

Əksinə, Azərbaycanda əsrlərdir böyük bir yəhudi icması yaşayır və yeri gələndə ümumi Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda, erməni işğalına qarşı şəhid də verib - Milli Qəhrəman Albert Aqarunovun timsalında. Bu igid yəhudinin məzarını iki il öncə Bakıda səfərdə olan İsrailin ovaxtkı müdafiə naziri Avidqor Livberman ziyarət eləmişdi. Ümumiyyətlə, Ermənistandan fərqli olaraq, Azərbaycanda İsrailin baş naziri (Benyamin Netanyahu) və prezidenti (Şimon Peres) də səfərdə olublar ki, bu da iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olduğuna dəlalət edir.

*****

Rəsmi Təl-Əvivin Dağlıq Qarabağ məsələsində ile ilgili görsel sonucu

Rəsmi Təl-Əvivin Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyi də çoxdan bəllidir. İsrail dövləti erməni işğalına qarşıdır və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tamamilə dəstəkləyir. Azərbaycan Ordusunun güclənməsində İsrailin verdiyi töhfələr də öz yerində - hansı ki, 2016-cı ilin "4 günlük” aprel savaşında özünü əyani göstərdi. Ermənilər hələ də bunu İsrailə bağışlaya bilmir. Odur ki, düşünmək ki, saxta soyqırımın 100-cü ildönümünü iqnor edən İsrail rəhbərliyi hansısa 105-ci ildönümlə bağlı İrəvana səfər edəcək. Bu, özünü aldanışdan savayı bir şey deyil.

Əlbəttə ki, müstəqil və suveren dövlət olaraq, İsrail öz xarici siyasətini özü, sərbəst müəyyən etmək haqqına sahibdir. Eləcə də "qardaş və dindaş” İran. Hansı ölkənin prezidentləri ki, dəfələrlə İrəvana rəsmi səfərə gediblər. Son olaraq, prezident Həsən Ruhani Ermənistanda olub.

Bununla belə, Bakı-Tehran münasibətləri yenə İrəvan-Tehran münasibətlərindən yüksəkdir ki, aşağı deyil. Çünki Azərbaycan hamı üçün regionda mühüm və vazkeçilməz, özünə hörmət qoyan bir dövlətdir, nəinki Rusiyanın vassalı və hərbi qalası, cidd-cəhdlə İsraillə Azərbaycanın arasını vurmağa çalışan antisemit Ermənistan...



Oxşar Xəbərlər

Xəbər lenti