"Cəsarətiniz varsa..." - PARTİYA SƏDRİ MƏLAHƏT İBRAHİMQIZINI DEBATA ÇAĞIRDI

"Cəsarətiniz varsa..."

 

AĞ Partiyanın sədri Tural Abbaslı YAP-ın namızədi və Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızını açıq debata çağırıb.

Sozcu.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində canlı yayımda açıqlama verib.

Tural Abbaslı 21 saylı Nəsimi Birinci Seçki Dairəsində rəqibi olan Məlahət İbrahimqızıya belə mesaj verib: "Cəsarətiniz varsa, özünüzə güvənirsinizsə buyurun gəlin. Əks təqdirdə qorxduğunuzu, zəif olduğunuzu boynunuza alın və sakitcə seçkidən çəkilin!".


img


Oxşar Xəbərlər

Xəbər lenti