CEYHUN YUSİFOV RƏQİBİ RASİM MUSƏBƏYOVU DEBATA ÇAĞIRDI - "Xərc məndən, gəlmək ondan"

CEYHUN YUSİFOV RƏQİBİ RASİM MUSƏBƏYOVU DEBATA ÇAĞIRDI

 

18 saylı Nərimanov-Nizami rayon Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış gənc vəkil Ceyhun Yusifov rəqibini - sabiq deputat Rasim Musəbəyovu debata çağırıb. Bu barədə məlumatı Ceyhun Yusifov özünün "Facebook" səhifəsindən paylaşıb.

"İctimai televiziyaya ödənişli şərtlərlə çıxmaq imkanımı Rasim Musabəyovlə debata çevirmək istəyirəm. Xərc məndən, gəlmək ondan" - deyə tanınmış vəkil bildirib.

Bu arada Ceyhun Yusifovun seçki qərargahından "AzPolitika.info"ya verilən məlumata görə, 18 saylı Dairə Seçki Komissiyasının (DSK) bəzi məntəqələrində gənc vəkilin reklam posterlərini cırıblar. Seçki qərargahı hələlik 5 məntəqədə bu halı müəyyən edib. Bunlar 5, 11, 12, 13  və 31 saylı mətəqələrdir.

Bundan əvvəl də Ceyhun Yusifova qarşı başqa təxribatlardan istifadə olunub. Bu da rəqiblərinin onun nüfuzundan çəkindiyini göstərir. 



Oxşar Xəbərlər

Xəbər lenti