Azərbaycanlı iş adamı Yeni ildə 3 milyard dollara yaxın pul İTİRDİ
Azərbaycan Pakistana 2 milyardlıq sərmayə qoyacaq
DİQQƏT!
Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq
Ankara-Bakı reysində dava -
Təyyarədən düşən kimi saxlanıldı
İlham Əliyev və xanımından keçmiş prezidentə başsağlığı
Bank hesabınızdakı pulu itirə bilərsiniz -
XƏBƏRDARLIQ
"Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir" -
Namiq Qaraçuxurlu
Hikmət Hacıyev:
Biz Tramp administrasiyasının tam dəstəyinə malikik
Polad Həşimovun doğum günüdür
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Bu qanunlar artıq qüvvədədir -
SİYAHI
Pezeşkian etiraf etdi: xalq haqlıdır
Əvvəlki
Sonrakı
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
23-12-2025, 18:26
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
18-12-2025, 11:11
Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır
18-12-2025, 01:05
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
25-11-2025, 15:01
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Vüqar Rəhimzadə
: Qərbin demokratiya institutları işğalçı Ermənistanı nə zamanadək ərköyünləşdirəcək?
«İşğalçı Ermənistan hər zaman demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi ilə diqqət çəkir, dünya isə susmağında davam edir. Çünki bu ölkənin mayası işğalçılıqdan, terrordan, demokratik dəyərlərə hörmətsizlikdən yoğrulsa da bu və ya digər dövlətlərin, beynəlxalq təşkilatların maraqlarının ifadəçisinə çevrilməsi, onların əlində alət rolunu oynaması evin ərköyün uşağı kimi başına sığal çəkilməsinə səbəb olur. Amma dünya unudur ki, bir cinayətin cəzasız qalması digər cinayətə yol açır. Necə ki, tarixin bütün dövrlərində azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistana buna görə heç bir təzyiq göstərilmədiyindən 1988-ci ildə əsassız torpaq iddiasının nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. 30 ildən artıqdır ki, münaqişə ədalətli həllini gözləyir, problemin həlli ilə bağlı möhkəm hüquqi baza mövcud olsa da nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr hələ kağız üzərində qalmaqdadır.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə köçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq, işğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək. Təbiidir ki, yalan üzərində qurulan və ona kənardan gələn dəstək əsasında həyata keçirilməsi davam etdirilən siyasətin sonu olmaz.
Baş redaktor bildirib ki, işğalçı dövlətdə hazırda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır: "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib və o, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Onun məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Q.Sarukyanla bağlı son hadisələr fonunda özlərini “azadlıq carçısı” adlandıran bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi diqqətdən kənarda qalmır. Çünki digər ölkələrdə, xüsusilə Azərbaycanda baş verən ən kiçik olayı diqqətlə izləyib, ona öz maraqlarına uyğun olaraq siyasi don geyindirməyə, ən əsası demokratik prinsiplərin kobud şəkildə pozulması kimi təqdim etməyə çalışan Qərbin demokratiya institutları nə üçün işğalçı dövlətə «diqqətsizlik» nümayiş etdirir? Bu «diqqətsizliklərin» fərqində olmayan həmin qurumlar özləri demokratiyanın tələblərini kobud şəkildə pozur, artıq bu reallığı təsdiqləyirlər ki, hazırladıqları hesabatlar reallıqları deyil, Azərbaycanın daxilindəki hansısa antimilli ünsürlərin, erməni və ermənipərəst dairələrin maraqlarını əks etdirir. Ona görə «Freedom House», «Amnesty İnternasional» kimi beynəlxalq hüquq müdafiə təşkilatları işğalçı Ermənistanı «azad», Azərbaycan kimi demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən dövləti «qeyri-azad» ölkələr sırasında qeyd edir. Ən böyük ədalətsizlik isə Dağlıq Qarabağın Azərbaycan və Ermənistanın müştərək ərazisi kimi təqdim edilməsidir.»
V. Rəhimzadə ölkəmizdə vətəndaşların bütün azadlıqlarının təmin edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd edib ki, demokratik cəmiyyətin vacib elementlərindən biri kimi sivil mübarizənin əsas tərkib hissəsi küçə yürüşlərinin, mitinqlərin, kütləvi aksiyaların keçirilməsidir: «Azərbaycanda bu sahədə təkmil qanunvericilik mövcuddur. «Sərbəst toplaşma haqqında» Qanun zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir. Azərbaycanda yaradılan bu şəraitə baxmayaraq, hansısa dağıdıcı ünsür xaricdən gələn sifariş əsasında küçəyə çıxaraq, ölkədə qarşıdurma yaratmağa çalışdığı üçün icazəsiz aksiyalara meyil göstərir, bu cəhdlərin qarşısı qanuni yolla alındıqda adlarını çəkdiyimiz beynəlxalq hüquq müdafiə təşkilatları dərhal Azərbaycanı insan hüquqlarını kobud şəkildə pozmaqda ittiham edirlər. Təbii ki, burada əsas olan reallıq deyil, qərəzdən yaranan hansısa bir fikrin səsləndirilməsidir. Amma gəlin diqqət yetirək, işğalçı Ermənistanda Q.Sarukyanın tərəfdarları parlamentin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərir, ölkənin təhlükəsizlik qüvvələri onun qarşısını kobudluqla alır, yüzlərlə insan saxlanılır. Qərbin demokratiya institutları bunu görməzdən gəlir. Niyə? Azərbaycan dövləti bu «niyələrin» səbəblərini ən yüksək tribunalardan bəyan edir, «xəbərsiz», eşitmək problemi olan isə deyəsən həmin beynəlxalq qurumların özləridir. İşğalçı dövlətdə polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edir. Bu, işğalçıya dəstək olan qurumlar, dövlətlər üçün demokratiyanın tələbidir. Amma başqa ölkələrdə, xüsusilə Azərbaycanda demokratik dəyərlərin kobud şəkildə pozulması, mətbuat azadlığının boğulmasıdır. Dünya Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada elan etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya vermədi? Mütəmadi olaraq dünya ölkələrində insan hüquqları sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqlayan ABŞ Dövlət Departamenti, demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası Parlament Assambleyası, demokratiyaya, azad mətbuata dəstək missiyasını yerinə yetirən ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, dünyaya demokratiya dərsi keçən ABŞ-ın, həmçinin digər Qərb ölkələrinin Ermənistandakı səfirlikləri niyə bu ölkədə demokratiyanın boğulmasına münasibətlərini bildirməkdə «çətinlik» çəkirlər?»
«Azərbaycan istər demokratik islahatların dəyərləndirilməsi sahəsində, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dünyanın ikili siyasətini hiss edir və daim buna öz sərt mövqeyini açıqlayır» söyləyən siyasi elmlər doktoru Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Qərb hazırda işğalçı dövlətdə yaşanan siyasi böhranı görməzlikdən gəlsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ildən artıq uzanmasının səbəblərindən xəbərdardır. Bunun üçün geniş şərhə ehtiyac görmürük.
V.Rəhimzadə bildirib ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi məlum olaylardandır: «Paşinyan öz siyasi rəqiblərini bir-bir həbsə atmaq yolunu tutub. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Onun yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdırsa, ona dəstək verən dünya dövlətlərinin məqsədi isə öz maraqlarını həyata keçirmək üçün siyasətdən xəbəri olmayan paşinyanları hakimiyyətdə saxlamaq və ondan bir vasitə kimi istifadə etməkdir. Maraqların üst-üstə düşməsi Ermənistanın ərköyünlüyünün dərinləşməsində katalizator rolunu oynayır. Amma 30 ildən artıqdır ki, dünya dövlətlərinin maraqlarının toqquşması fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi özünün ədalətli həllini gözləyir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin problemin həllinə öz maraqları prizmasından yanaşmaları hələ də ümumi mövqenin ortaya qoyulmasını çətinləşdirir. Nə qədər ki, dünya ikili siyasətinə son qoymayıb, qəbul edilən qətnamələr kağız üzərində qalıb münaqişəli məsələlərin həllində ədalət axtarmaq sadəlövhlük olar. Ermənilərə ədalət meyarının nə olduğunu başa salmağın zamanıdır. İnkaredilməz həqiqətdir ki, hər bir ölkənin inkişafında dövlət başçısının düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasəti, ən əsası xalq qarşısında verdiyi vədləri əməli işində təsdiqləməsi nə qədər əsasdırsa, dünyada mövcud olan münaqişələrin ədalətli həlli üçün bəyanatlarında beynəlxalq hüququn norma və prinsiplərinə riayət edən dövlətlərin bu sənədlərin icrasında maraqlı olmaları, ən əsası səy göstərmələri bir o qədər əhəmiyyət kəsb edir. Yalnız bu halda istər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri özlərinə qarşı böyük inam hissi formalaşdırar, ümumilikdə isə münaqişələrin həlli prosesinin uzanmasına imkan verməz, ədalət meyarı bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq edilər.»(ikisahil.az)
Oxşar Xəbərlər
Xarici İşlər Nazirliyi bəyanat yaydı – Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşünün yekunu ilə bağlı
XİN-dən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇIQLAMA
XİN-dən Paşinyanın daha bir çıxışına sərt reaksiya: "Bu cür ritorika Düşənbədəki söhbətin ruhuna..."
Allahşükür Paşazadə dünyanın dini liderlərini Xocalı soyqırımını tanımağa çağırıb
Xəbər lenti
Azərbaycanlı iş adamı Yeni ildə 3 milyard dollara yaxın pul İTİRDİ
Ölkə üzrə bütün abonentlərin qaz limitləri yeniləndi -
RƏSMİ
Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar
Azərbaycan Pakistana 2 milyardlıq sərmayə qoyacaq
DİQQƏT!
Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq
Ankara-Bakı reysində dava -
Təyyarədən düşən kimi saxlanıldı
İlham Əliyev və xanımından keçmiş prezidentə başsağlığı
Gəncədə doqquzmərtəbəli binada YANĞIN -
FOTO
Bank hesabınızdakı pulu itirə bilərsiniz -
XƏBƏRDARLIQ
"Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir" -
Namiq Qaraçuxurlu
Pensiyalar bu tarixdən artımla veriləcək
Yanvarda xoşbəxtliyin qapısı yalnız bu BÜRCLƏR üçün açılacaq
Hikmət Hacıyev:
Biz Tramp administrasiyasının tam dəstəyinə malikik
Boyat plovun yenidən isidilib yeyilməsi təhlükəlidir-
XƏBƏRDARLIQ
Hava sabahdan mülayimləşəcək-
Temperatur yüksələcək
Polad Həşimovun doğum günüdür
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Bakıda gənc qız dəm qazından öldü - FOTO
Sürücülərin nəzərinə!
Bu qanunlar artıq qüvvədədir -
SİYAHI
Pezeşkian etiraf etdi: xalq haqlıdır
Saatlardır qaz kartlarına pul vurmaq olmur -
Yenilənib
Yanvarın 2-də havanın temperaturu dəyişəcək
Süni intellektin “xaç atası”ndan şok PROQNOZ:
milyonlarla insan 2026-cı ildə işini itirəcək
"Türkan məndən yaxşıca istifadə etdi, şəxsi nömrəsini də BİLMİRƏM"
32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü
BDYPİ-dən sürücülərə -
XƏBƏRDARLIQ
Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı
Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq
"Məni heç kim pulla hamama çağırmayıb, İFTİRA ATIR"
Kişilərə qətiyyən bu yeni il hədiyyələrini almayın
Xankəndidə bayram atəşfəşanlığı
FOTO
Azərbaycan Prezidenti:
Bütün dünya bizim Zəfərimizi qəbul edir
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Şəmkirdə şəhər meydanında yolka yandı -
FOTO
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi
Qar yağacaq, yollar buz bağlayacaq -
XƏBƏRDARLIQ
“At ili” nələr vəd edir?
Səudiyyə ilə BƏƏ arasında böyük gərginlik:
ABŞ işə qarışır
"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN
Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni illə bağlı PAYLAŞIM - FOTO
Prezident mühüm FƏRMAN İMZALADI: Yanvarın 1-dən qüvvəyə minir
Bakıda sərnişin taksi sürücüsünün pulunu oğurladı
FHN hava şəraiti və təhlükəsizlik ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Azərbaycanda cərimələr 10 dəfə artırlır-
Milli Məclis
Deputatlar Prezidenti və Birinci xanımı təbrik etdilər
Bu ailələrə şad xəbər -
Hər birinə 200 manat ödənildi
Parlament tətilə getdi
Yeni il günü Bakıya qar yağacaq? -
PROQNOZ
PRİZMA
Türkiyə şirması raşizmin xidmətində
MÜSAHİBƏ
1
2
3
4
5
6
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
TƏHLİL
Qaçaqlarla kimlər və necə işləyib?
– SENSASİON TƏFƏRRÜAT
SOSİAL
1
2
3
4
5
6
Ölkə üzrə bütün abonentlərin qaz limitləri yeniləndi -
RƏSMİ
Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar
Pensiyalar bu tarixdən artımla veriləcək
Yanvarda xoşbəxtliyin qapısı yalnız bu BÜRCLƏR üçün açılacaq
Boyat plovun yenidən isidilib yeyilməsi təhlükəlidir-
XƏBƏRDARLIQ