Bu xərcləri də icbari tibbi sığorta qarşılayır
Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edildi
Prezident AMEA-da -
FOTOLAR
MN-dən partlayış səsləri ilə bağlı xəbərdarlıq
SON DƏQİQƏ! Müharibəyə hazırlıq başladı -
Bu ölkədə toplanma məntəqəsi qurulur
Ərdoğan Nazirlər Kabinetini toplayır
-Ukrayna müzakirəsi
Oğurladığı pulla xarici ölkələrə istirahətə gedən şəxs tutulub
DİN-dən xəbərdarlıq:
Məlumatlarınızı paylaşmayın!
Fərid Əsgərov polkovniki təqaüdə göndərdi
Xəstə ilə kobud rəftar edən nevropatoloqa
TÖHMƏT VERİLDİ
SAB vətəndaşları aldadır? –
3 noyabr məhsulu 1 noyabrda…
Röya keçmiş ərindən DANIŞDI:
“Bir dəlinin əzabını çəkirik”
Əvvəlki
Sonrakı
Saxlanılan icra başçısının köməkçisi DANIŞDI
31-10-2025, 14:12
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən “dəyər”
- Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır
30-10-2025, 23:05
İcra başçısı ilə yanaşı onlar da HƏBS EDİLDİ
30-10-2025, 16:39
Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub
-ÖZƏL
17-10-2025, 18:29
İcarədardan Azay Möhnətova yeni ittihamlar
:Kompensasiya maxinasiyası
14-10-2025, 22:23
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Məsuliyyətsizlik düşmənə (koronavirusa) dəstək verməkdir
- Prezidentin çağırışları, "yol xəritəsi"...
Dünya son 100 ilin ən təhlükəli və həssas dövrünü yaşayır. Gözəgörünməz bir düşmənlə vuruşur, mübarizə aparır bəşəriyyət. 6 aydan çoxdur koronovirus bəlası Yer üzündə həyatı iflic edib. Mart ayından bu mərəz Azərbaycanı da cənginə alıb.
Təbii, bu virus gözə görünmür, “virus ateizmi” də mövcuddur, həmçinin, onun yayılmasının səbəbləri barədə müxtəlif fikirlər, iddialar var. Əlbəttə, nə qədər arzuolunmaz olsa da, “ağzı olan hər kəs danışacaq” və indiki informasiya dövründə bunların qarşısını almaq da mümkün deyil.
Ancaq ortada əsas bir fakt var: Bütün dünyada pandemiya elan olunub, bu dövrün bəlli qanuni tələbləri mövcuddur, hər kəs də ona uymalıdır. Bir çox oturuşmuş cəmiyyətlər, məsuliyyət anlayışını hər addımda prioritet seçən toplumlar “koronovirus varmı, yoxmu”, “varsa yoluxsam mənə nə edər, kimi öldürər, kimi öldürməz” kimi dilemmaları müzakirə etmirlər, buna enerji sərf etmirlər. Sadəcə, pandemiyadan daha tez xilas olmaq üçün mövcud qaydalara əməl edirlər.
Bir çox cəmiyyətlərdə, o cümlədən Azərbaycanda isə vəziyyət fərqlidir. İnsanlar hələ də prosesin “virus necə yayıldı, kim yaydı, niyə yaydı”, “hamını öldürərmi”, “5 G ilə yayırlar” kimi mənasız müzakirələr mərhələsindədir. Bu, çox uğursuzdur və heç bir faydası yoxdur. Zəlzələdən, yaxud vəlvələdən - var olan bir pandemiyanın sonuna çıxmaq üçün tələb olunan qaydalara əməl etmək yeganə uğurlu çıxış yoludur.
Lap tutaq ki, bu virusdan qorxmursan, düşünürsən sağlam adama ağır fəsadlar vermir, belə deyək ki, hesab edirsən ağır qripdir, zoğallı çay içsən ötüb gedəcək. Ancaq bu virusu yaxınındakı, ailəndəki, çevrəndəki yaşlı, yaxud səhhəti problemli adama yoluxdursan nə olacaq? Axı onu məhv edəcək! Odur ki, yalnız özünü düşünmək xudbinlikdir, cəmiyyətə, ətrafa, qanun-qaydalara hörmətsizlikdir. İkincisi, niyə qorunmayıb öldürəcəyinə inanmadığın, ancaq yoluxacağın halda azı 15-20 gün ağır durumda yaşamalısan, orqanizmini zədələməlisən?
Ən əsası, faktiki olaraq hazırda 6500-ə yaxın aktiv koronovirus xəstəsi var və bütün xəstəxanalar dolub. Belə davam edərsə, xəstəxana və həkimlər də çatışmaya bilər. Niyə belə vəziyyətdə dövlətə, hökumətə, xalqa, cəmiyyətə fayda verməyi yox, ziyan vurmağı düşünsün insan?
İkincisi, qaydalara əməl olunmadıqca proses daha ağır xarakter alır: karantin uzadılır, daha sərt qaydalar tətbiq edilir və nəticədə hər kəs – dövlət də, həkimlər də, polislər də, vətəndaşlar da ikiqat zülmə məruz qalırlar.
Mövcud durumu və çıxış yollarını Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında konkret olaraq və faktlarla açıqlayıb.
Prezidentin açıqlamasından gəlinən ilk qənaət budur ki, dövlət koronovirusla mübarizədə bütün mümkün variantlara əl atmaqla vətəndaşı, onun sağlamlığını qorumağa çalışır.
Faktiki olaraq dövlət 3 milyard manatdan çox vəsait sərf edib ki, koronovirusla mübarizədən üzüağ çıxaq: Və hər kəs şahididir ki, Prezident İlham Əliyevin seçdiyi istiqamət məhz insanların sağlamlığının qorunması oldu, nəinki iqtisadiyyatı, rezervləri qorumaq. Bununla bağlı prezident çıxışında konkret, detallı danışıb. Sitat: “Beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Bizim çox böyük planlarımız, çox gözəl perspektivlərimiz var idi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər. Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın.
Ona görə hesab edirəm ki, biz düzgün addım atmışıq. Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir. Əlbəttə, iqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir. Hər kəs bunu bilməlidir. Eyni zamanda, dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyib. Əlbəttə, o böyük çökmənin qarşısı alınıb və neftin qiyməti tədricən bərpa edilib. Ancaq Azərbaycan büdcəsi neftin qiymətinin 55 dollarına hesablanıb və beş ayın nəticəsində neftin orta qiyməti 41 dollardır. Ona görə bizim gəlirlərimiz azalır. Bir neçə önəmli iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qalıb. Onların biri turizm sahəsidir. Biz son 4-5 il ərzində turizm sahəsini çox güclü və təkanverici sektor kimi formalaşdırmışdıq və ildən-ilə Azərbaycana gələn turistlərin sayı artırdı. Keçən il rekord həddə çatmışdır, ölkəmizə 3 milyon xarici vətəndaş gəlmişdir. Müxtəlif hesablamalara görə, onlar Azərbaycanda təqribən bir yarım – iki milyard dollar pul xərcləyiblər. Bu, ölkəmizə gələn valyutanın artması deməkdir. Yəni, biz bundan məhrum olduq.
Bir neçə başqa sektor artıq uzun müddətdir ki, fəaliyyətsizdir. Dövlət o sektorların və orada çalışan insanların problemlərini öz üzərinə götürübdür. Biz indi 600 mindən çox insanı lazım olan vəsaitlə təmin edirik və 190 manatın verilməsi müddəti uzadıldı, baxmayaraq ki, bu da böyük yükdür və böyük xərclər deməkdir. Amma biz bunu edirik. Çünki işini itirmiş, yaxud da ki, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlar faktiki olaraq çətin vəziyyətdə qalıblar və kim onlara kömək edəcək?! Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır.
Ona görə həm birinci mərhələdə - sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda və bu gün biz məcbur olub növbəti dəfə bu addımlara getdik, şəxsən mənim üçün seçim yox idi. İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır.
Bir də ki, biz son illər ərzində görülmüş işlər, aparılmış islahatlar nəticəsində iqtisadi gücümüzü böyük dərəcədə artırmışıq. Bizim iqtisadiyyatımız sabit, dayanıqlı iqtisadiyyatdır. Hesab edirəm ki, bu ilin sonuna qədər iqtisadi sahədə problemlər kəskinləşsə də, insanların həyat tərzinə bunun böyük təsiri olmayacaqdır. Heç bir sosial layihə ixtisar edilməyib. Bu gün mənim Gəncəyə səfərim çərçivəsində açılan və açılacaq obyektlərin sayı onu göstərir. Heç bir sosial layihə ixtisar edilməyib, əksinə, biz 10 modul tipli xəstəxananın tikintisini təmin edirik. Biz məcburi köçkünlər üçün yeni şəhərciklər salırıq. Onlardan biri də Samux rayonundadır. Yeni məktəblər tikilir. Bu gün Gəncədə Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə yeni yaşayış kompleksinin tikintisi ilə tanış olmuşam. Orada da məktəb, bağça tikilir. Bütün bunlar dövlət büdcəsi hesabına təmin edilib.
Mən demişəm ki, sosial sahədə heç bir ixtisar olmayacaq. Hesab edirəm ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır. Keçən il isə, - hər kəs yaxşı bilir, - çox böyük sosial paket tətbiq olundu. Minimum əməkhaqqı orta hesabla iki dəfə, minimum pensiya 70 faiz artdı. Müavinətlər 50 faiz, 100 faiz artdı. Problemli kreditlər kompensasiya şəklində insanlara maddi hədiyyə olaraq verildi. Yəni, bu məqsədlər üçün milyardlarla manat xərcləndi. Pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu vəsaitin bir hissəsi xərcləndi və biz yeni avadanlıqlar alırıq. İndi 23 laboratoriyamız var. Amma, eyni zamanda, problem ondadır ki, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı, hansısa cihazı biz bəzən ala bilmirik. Çünki bunu istehsal edən ölkələr onu satmır, özləri üçün saxlayırlar. Problem bundadır.
Ona görə ölkəmiz bu problemlə üzləşib və biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq”
Indi əsas məsələ məhz budur! Atılmış addımların effektinin qorunması indiki mərhələdə məhz vətəndaşlardan, insanların məsuliyyətindən asılıdır. Əlbəttə, dövlət başçısı bunu geniş təhlil və bilgilərə əsaslanaraq söyləyir, bir “yol xəritəsi”, çıxış yolu kimi göstərir.
Sitat: “Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür. Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz. İndi əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır.
Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq, heç kimə müraciət etmirik. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır.
Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydir bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik”.
Və ən əsas məsələ. Prezident mövcud qaydalara daha ciddi nəzarət barədə tapşırıq verdiyini açıqlayıb: “...Tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir... Mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün... Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək”.
Bəli, indi əsas məsələ, prioritet budur: İnsanları, VƏTƏNDAŞLARI qorumaq. Prezident bunu məhz MİLLİ TƏHLÜKƏSİZLİK məsələsi kimi qoyur!
Başqa sözlə bu o deməkdir ki, insanlar məsuliyyətlərini dərk etmədikcə, 3 sadə məsələyə bivec yanaşmaqla - fiziki məsafə saxlamamaqla, gərəkən məkanlarda maska taxmamaqla və dezinfeksiyaedici vasitələrdən istifadə etməməklə artıq milli təhlükəsizliyi təhdid edirlər! Çünki belə davranışlar səbəbindən həm yoluxmalar sürətlə artır və pandemiya müddəti uzanır, həm də təbii olaraq iqtisadiyyata öldürücü zərbələr dəyir. Yəni bütövlükdə məsuliyyətsizlik dövləti təhdid edir! Ona görə də dövlət karantin rejimini sərtləşdirməyə məcbur qalır. Çünki insanlar inzibati sərt qaydalar olmadıqda davranışlarını tənzimləmək istəmirlər!
Məsuliyyətsizliyə qarşı güclü ictimai qınaq da artıq prioritetlər sırasına çıxıb. Vəziyyət belə demək mümkünsə, “qanan qanmayanı başa salmağa borcludur” prinsipləri ilə davranmağa qədər gəlib çıxıb... Məsuliyyətli vətəndaş məsuliyyətsizə görə daha çox əziyyət çəkməməlidir, ona görə də ictimai qınaq da bir şərtə çevrilir...
Oxşar Xəbərlər
Çindən ŞOK xəbər gəldi: Koronovirus YENİDƏN BAŞLADI
"Bizdə koronovirus yoxdur, olsa, onu gizlədə bilməyəcəyik"
TƏBİB-dən “Semaşko”da verilən “Çin dərmanı” ilə bağlı AÇIQLAMA
Baş pediatr uşaqlar arasında yayılan virusla bağlı valideynlərə xəbərdarlıq edib
Xəbər lenti
Bu xərcləri də icbari tibbi sığorta qarşılayır
Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edildi
Prezident AMEA-da -
FOTOLAR
MN-dən partlayış səsləri ilə bağlı xəbərdarlıq
SON DƏQİQƏ! Müharibəyə hazırlıq başladı -
Bu ölkədə toplanma məntəqəsi qurulur
Ərdoğan Nazirlər Kabinetini toplayır
-Ukrayna müzakirəsi
Oğurladığı pulla xarici ölkələrə istirahətə gedən şəxs tutulub
DİN-dən xəbərdarlıq:
Məlumatlarınızı paylaşmayın!
Həftəsonundan 4 günlük tətil başlayır
Fərid Əsgərov polkovniki təqaüdə göndərdi
Xəstə ilə kobud rəftar edən nevropatoloqa
TÖHMƏT VERİLDİ
SAB vətəndaşları aldadır? –
3 noyabr məhsulu 1 noyabrda…
Röya keçmiş ərindən DANIŞDI:
“Bir dəlinin əzabını çəkirik”
Bir nazir, bir agentlik sədri vəzifədən ÇIXARILACAQ
Sabah Bakıya yağış yağacaq
Azərbaycanda generalın qardaşı biznes oyunu
Azərbaycan bazarında 12 manata “monqol əti” -
VİDEO
Mənzurə Musayevanın vəziyyəti pisləşdi:
Sirkə içib
Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı
Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -
SİYAHI
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ -
FOTO
Bakıda məktəbli vəfat etdi
Məşhur xanəndə duet ortağı iləSEVGİLİDİR?- özləri aydınlıq gətirdi
Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? -
İDDİA
Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə döydü
“Bu dəfəki təyinat nöqtələri – Cəbrayıl və Zəngilan”
-Video
Mahir Emrelinin dayısı oğlunun meyiti tapıldı
Azərbaycanın məşhur Xalq artisti xəstəxanaya yerləşdirildi -
FOTO
Cərimələrlə bağlı YENİ QAYDA müəyyən edilir
Zakir Həsənova medal verildi
Vəkillərə yeni hüquqlar verilir
Saxlanılan icra başçısının köməkçisi DANIŞDI
Əziz Əzizov Azərbaycanın Milli Qəhrəmanı Namiq Allahverdiyevin qardaşının vəfatı ilə əlaqədar ailəsini ziyarət edib
Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı
Milli Məclis telefon qadağasını ləğv etdi
Azərbaycanda suya da limit tətbiq ediləcək
Elm və Təhsil Nazirliyində yoxlama aparılır
Hikmət Hacıyevdən diplomatların Cəbrayıl və Zəngilana səfəri bağlı PAYLAŞIM
“Moskva” univermağında qanunsuzluq: İş məhkəməyə göndərildi
Bakıdakı qəzada həlak olan tanınmış müğənni imiş -
FOTOLAR
5 ay əsir saxlanıldı -
İndi “Qarabağ”ın oyununda hakim olacaq
Azərbaycan neftindən SON DƏQİQƏ XƏBƏRİ
Türkiyədə zəlzələ oldu
Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı
Şirvanda qəza oldu: ölən və yaralananlar var
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən “dəyər”
- Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır
İcra başçısı "Mehdiyev işi"nə görə saxlanılıb?
- Açıqlama
Elton Məmmədov 3 milyonla canını qurtara biləcəkmi?
— Hüquqşünas DANIŞIR
PRİZMA
ABŞ İrana zərbə endirəcək?
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən “dəyər”
- Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır
SOSİAL
1
2
3
4
5
6
Həftəsonundan 4 günlük tətil başlayır
Sabah Bakıya yağış yağacaq
Mənzurə Musayevanın vəziyyəti pisləşdi:
Sirkə içib
Əziz Əzizov Azərbaycanın Milli Qəhrəmanı Namiq Allahverdiyevin qardaşının vəfatı ilə əlaqədar ailəsini ziyarət edib
İlham Əliyev İrəvana gedəcək?
Bakıda daha bir ərazidə binalar plana düşdü:
Sakinlərə kompensasiya, yeni mənzillər veriləcək