Mixail Saakaşvili:"Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir"

“Azərbaycan və Ermənistan arasındakı hərbi toqquşmalar bölgəmizdəki sülhə və xalqlarımızın rifahına biganə olmayanların hamısını çox narahat edir. Bu gün bundan böyük dəyər yoxdur. Buna görə də, insan itkisini və vəziyyətin ağırlaşmasını böyük bir əziyyətlə izləyirəm”.
Sozcu.info  xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Mixail Saakaşvili yazıb.
Mənim mövqeyim çox aydındır, dövlət bütövlüyü prinsipinə söykənir, yəni Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir və bu mövqeyimi heç nə dəyişməyəcək”, – deyə Gürcüstanın eks-prezidenti bildirib.
O əlavə edib ki, torpaqlarından qovulmuş hər kəsin öz yurduna qayıtmaq hüququ vardır və orada artıq yaşayanlar isə – qonşuları ilə dinc şəraitdə yaşamalı və bu insanların hamısının hüquqları qorunmalıdır.
“Gürcüstan üç Qafqaz xalqı arasındakı qardaşlıq və dostluq münasibətlərində maraqlıdır. Gələcəyimiz üç Baltikyanı dövlət arasındakı münasibətlərə bənzəməlidir və yalnız xarici qüvvələr bizə hakim olmaqda maraqlıdır; biz buna imkan verməməliyik! ”– deyə Mixail Saakaşvili sonda bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti