10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Beynəlxalq təşkilatlardan Ermənistanın ağzının üstünə tərs sillə -
BMT, ATƏT və AB-dan rədd cavabı aldı
Qubad İbadoğlu: “Hazırkı situasiyada Dağlıq Qarabağın müstəqilliyini heç bir ciddi dövlət tanıya bilməz”
Ermənistanın beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərarların qəbul olunmasına yönəlik çabaları uğursuzluğa düçar olur. Azərbaycanın cəbhə xəttindəki növbəti erməni təxribatını torpaqlarımızın işğaldan azad olunması uğrunda savaşa çevirməsi, hərbi əməliyyatlar başlayandan Ermənistanın hərb sahəsində Azərbaycana böyük hesabla məğlub olduqca beynəlxalq təşkilatlara üz tutur, çarəni kənarda axtarır. Ermənistan rəhbərliyi həm ayrı-ayrı ölkələrin dövlət rəhbərlərinə, həm də BMT, ATƏT, Avropa Birliyi kimi qurumlara saysız-hesabsız müraciətlər edərək, Azərbaycanın savaşı dayandırmasına nail olmağa çalışırlar. Lakin 25 gündə edilən bu müraciətlərin böyük əksəriyyəti nəticəsiz qalmaqdadır: Azərbaycanın öz ərazisində hərbi əməliyyat aparması heç bir dövlətin, beynəlxalq təşkilatın prosesə ölkəmizin zərərinə olaraq qarışmasına imkan vermir.
Ermənistanın arzularını gözündə qoyan ilk və əsas qurum BMT oldu. Sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətə həsr olunmuş qapalı iclası tərəflərə yönəlik atəşkəsə nail olmaq çağırışı ilə yekunlaşdı. Təhlükəsizlik Şurasının çağırışında hər hansı tərəfə yönəlik ittiham olmadı. Sadəcə, tərəflər sülh danışıqları masasına çağırıldı. Bu isə tərəflərin məsələni öz aralarında həll etməsinə razılıq verilməsi demək idi.
İclasın nəticəsiz bitməsindən qəzəblənən ermənilər BMT-nin İrəvandakı ofisinin qarşısında saatlarla sürən etiraz aksiyası keçirdilər. Bir neçə saatlıq aksiyadan sonra BMT-nin Ermənistan üzrə əlaqələndiricisi Şombi Şarp etirazçılarla görüşdü. Ermənilərin ondan Dağlıq Qarabağa getməsini tələb etdikdə isə Şarp mandatı üzrə yalnız Ermənistan ərazisində hər hansı fəaliyyətə səlahiyyətli olduğunu bildirməklə Dağlıq Qarabağın Ermənistana aidiyyətinin olmadığını söyləmiş oldu. O, həmçinin BMT-nin Azərbaycandakı nümayəndəliyinin hökumət qrupu tərkibində Ermənistanın dinc sakinləri qətlə yetirdiyi Gəncə şəhərinə getdiyini etirazçıların diqqətinə çatdırıb.
Oktyabrın 19-da BMT TŞ yenidən Dağlıq Qarabağla bağlı qapalı iclas keçirdi – Minsk Qrupu həmsədri olan ABŞ, Fransa və Rusiyanın təklifi ilə. Lakin bu iclasdan da ermənilər, onların havadarları gözlədiklərini ala bilmədilər.
Belə ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı keçirilən qapalı iclasın yekunlarına dair jurnalistlərə açıqlama verərkən deyib: “Hazırda atəşkəs rejiminin icrasını təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib. Əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir. Əlbəttə, bu məsələ iclas vaxtı müzakirə edilib və Şura vahid mövqedən çıxıb edib”.
Eyni zamanda o qeyd edib ki, regiona BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı olmalıdır və bu, sürətli proses deyil: “Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”.
Diplomat istisna etməyib ki, müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər: “Orada kimin hansı vəzifəni icra edəcəyi hələ də sual altında qalır və müzakirə edilir”.
Rusiya nümayəndəsinin dediklərindən o da məlum olub ki, TŞ üzvləri müzakirələrin yekununa dair ümumi bəyanatın mətnini razılaşdıra bilməyiblər. Rusiya tərəfi mətnin bir həftə ərzində razılaşdırılacağını bəyan edib. Beləliklə, ermənilərin BMT-dən gözləntiləri ikinci dəfə suya düşmüş oldu.
Ermənilərin ATƏT çərçivəsində Azərbaycana qarşı hər hansı qərar əldə etmək cəhdləri də böyük uğursuzluqla nəticələnib. Belə ki, Ermənistanın xəttilə ATƏT-ə ünvanlanan “Dağlıq Qarabağ Respublikasının tanınması” müraciətinə təşkilatın cavabı erməniləri lap məyus edib. Təşkilatın mətbuat xidmətindən Rusiyanın RİA Novosti agentliyinə bildirilib ki, ATƏT çərçivəsində bütün qərarların, o cümlədən Dağlıq Qarabağla bağlı qərarların qəbulu 57 üzv dövlətin konsensusu əsasında qəbul olunur: “ATƏT ayrı-ayrı siyasi xadimlərin, parlament üzvlərinin baxışlarını, hərəkətlərini şərh etmir. Biz həmçinin xatırladırıq ki, ATƏT-in bütün qərarları üzv dövlətlərin hamısının konsensusunu tələb edir”. Bu, faktiki olaraq, ermənilərə “başımdan açıl” demək idi.
Ermənistan Avropa İttifaqından da tutarlı “cavab” aldı. Qurum oktyabrın 17-də Gəncə şəhərinin dinc sakinlərinə qarşı törədilmiş terror aktının pisləyən bəyanatla çıxış etdi. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatla bağlı quruma göndərdiyi etiraz isə elə etiraz olaraq qaldı.
Beləliklə, regionda nüfuzu olan bütün beynəlxalq təşkilatlardan açıq və ya üstüörtülü şəkildə “rədd ol” cavabı alan Ermənistan diqqətini yenidən ayrı-ayrı ölkələrin rəhbərliyinə yönəltməyə məcbur oldu.
Qubad İbadoğlu
İqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlunun sözlərinə görə, son günlərdə Beynəlxalq səviyyədə Qarabağ müzakirələri artıb:
“Dünən (oktyabrın 19-da-red) BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı yenidən qapalı toplantı keçirib. Oktyabr ayından BMT Təhlükəsizlik Şurasına rəhbərliyi Rusiya edir, xatırlayırsınızsa bundan əvvəl sentyabrın 29-da keçirilən iclasa Nigerin nümayəndəsi iclasa sədrlik edirdi. Dünənki iclas barədə mətbuata verilən qısa açıqlamadan məlum olur ki, BMT Təhlükəsizlik Şurasının üzvləri yenə də tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıblar. Regiona BMT-nin müşahidə missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı lazımdır. Qeyd olunub ki, belə müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər, müşahidə missiyasında kimlərin olacağı və hansı vəzifəni icara edəcəyi müzakirə olunmayıb. Görsənən odur ki, Rusiya hələ də BMT-nin Təhlükəsizlik Şurasının xüsusi mandatı əsasında ATƏT-in müşahidə missiyası adı ilə Qarabağa gəlməkdə israrlıdır. Rusiyanın BMT-dəki daimi nümayəndəsi deyib ki, “bu sürətli bir proses deyil. Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”. Ümid edək ki, Azəbaycan ordusu tezliklə Qarabağı azad edəcək və buna ehtiyac qalmayacaq, ehtiyac qalsa da Azərbaycan xalqı öz ərazisində əcnəbi əsgərlərin olmasına heç vaxt razılıq verməyəcək”.
Q.İbadoğlu da qeyd edir ki, erməni mənbələrinin açıqlamasına görə, BMT Təhlükəsizlik Şurasının dünənki toplantısından narazı qalıblar:
“Görünür ki, onların gözləntiləri özünü doğdultmayıb. Hazırda onların ən böyük gözləntisi Artsakın “müstəqil dövlət” kimi tanınmasıdır. Odur ki, ermənilər xüsusilə də Minsk Qrupunun həmsədrləri olan ABŞ-da, Fransada və Rusiyada bununla bağlı iş aparır, yürüşlər təşkil edir və parlamentlərdə bu məsələ üçün müzakirə açmağa çalışırlar. Belə olan halda haqlı olaraq sual çıxır ki, bəs ermənilər özləri Dağlıq Qarabağın müstəqiliiyini nədən tanımırlar?
Bildiyiniz kimi, ermənilər bir tərəfdən Qarabağda olan bütün torpaqları öz əraziləri kimi təqdim edirlər. Hətta Paşinyan “Qarabağ Ermənistandır” deyəndə bu bəyanatın siyasi, hüquqi, diplomatik və iqtisadi nəticələrini düşünməmişdi və yaxud düşünməyə ağlı çatmamışdı. Məsələ burasındadır ki, onlar digər tərəfdən də dünya birliyinə guya Dağlıq Qarabağ ermənilərinin öz milli müqəddəratını təyin etmək istədiklərini çatdırıb, onlardan dəstək umur və hazırda Qarabağa ərazi iddialarının olmadığını göstərmək istəyirlər. Əgər ermənilər Dağlıq Qarabağı respublika kimi tanısa, o deməkdir ki, müharibədən və danışıqlardan çıxmalıdırlar. Çünki beynəlxalq hüquqa görə, onların Dağlıq Qarabağa maliyyə və hərbi dəstək vermək üçün tərəflər arasında hüquqi normaları tənzimləyən ikitərəfli müqavilələr imzalanmalıdır”.
Q.İbadoğlunun fikrincə, hazırkı situasiyada Dağlıq Qarabağın müstəqilliyini heç bir ciddi dövlət tanıya bilməz:
“Ona görə ki, birincisi, ABŞ Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi hesab edir. İkincisi, Avropa İttifaqınin (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibinin 31 mart 2020-ci il tarixində dərc etdiyi bəyanatda Aİ Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkiləri” keçirilməsinin konstitusion və hüquqi çərçivələrini tanımadığını təsdiq edib. Üçüncüsü, Avropanın ən böyük dövlətləri Azərbaycanla ərazi bütövlüyümüzə hörmətin vurğulandığı ikitərəfli sənədlər imzalayıb. Belə olanda halda özləri tanınmayanların (Osetiya, Abxaziya, Dnestryanı) tanıdığı Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı erməni lobbisinin apardığı işin heç bir perspektivi yoxdur. Bəs, nədən ermənilər bu işə bu qədər pul xərcləyirlər? Bu sualın ən yaxşı cavabını ABŞ prezidenti Donald Trampın ötən bazar günü Nevada ştatında çıxışında ermənilər haqqında dediyi fikirdə axtarmaq olar: “onlar biznes işini yaxşı bilirlər”. Həqiqətən də hazırda ermənilərin beynəlxalq səviyyədə apardığı Dağlıq Qarabağın tanınması, Azərbaycanın və Türkiyənin mövqeyinin pislənməsi kampaniyası kiminsə üçün pul, kiminsə üçün səs və kiminsə üçün də nüfuz qazanmaq vasitəsinə çevrilib. ABŞ-da noyabrın 3-də prezident və Konqressə keçiriləcək birgə seçkilərdə iştirak edənlər yalançı ermənipərəstliklə bu fürsətdən (onların bu ölkədə 1,5 milyon səsinin olduğu bildirilir) faydalanmağa çalışırlar. Odur ki, bu məsələlərdən ciddi narahatlıq keçirməyə dəyməz. Əsas məsələ yenilməz və xilaskar Azərbaycan ordusunun zəfər yürüşünün sonadək davam etdirməsi və Şuşada Azərbaycan bayrağını dalğalandırmasıdır. Yollar açıq və aydın olsun!”.
Oxşar Xəbərlər
“Azərbaycanın ərazisində Ermənistanın işğalçı ordusunun heç bir üzvü qalmamalıdır” – AVROPADAKI ÇEÇENLƏRDƏN AZƏRBAYCANA DƏSTƏK! / Prezidentə müraciət
“Hər bir dövlətin vəzifəsi Azərbaycanın mübarizəsinə dəstək olmaqdır”
“Ermənistan hətta “dqr”i tanımaq kimi avantüraya getsə..."
İlham Əliyevdən dünya dövlətlərinə çağırış: “Növbəti hərbi təcavüzdən...”
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…