Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
Dünən, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Növbəti humanitar atəşkəs:
razılaşmanın görünməyən tərəfləri
Azərbaycan bəyanatın humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail olub.
Azərbaycan Ordusunun inamlı qələbələri fonunda ölkəmizə qarşı təzyiqlərin artacağı gözlənilən idi. Əslində bu təzyiqlərə Ermənistanın təxribatı nəticəsində müharibənin başladığı ilk gündən start verilmişdi. Ordumuzun müharibənin birinci günündə imza atdığı qələbələr, düşmənin illərdir hördüyü müdafiə xəttini dərhal yarması təzyiqlərin başlanması üçün yetərli olmuşdu. Ermənistanın baş naziri Nikol Paşinyanın həmsədr ölkələr-Rusiya və Fransa rəhbərliyinə yalvarış dolu zənglərinin ardı-arası kəsilmirdi; Azərbaycanı durdurmaq üçün hərəkətə keçilmişdi. Amma Azərbaycan Prezidenti İlham Əliyev bu təzyiqlərə böyük əzmlə sinə gərərək haqq işimizi davam etdirdi və torpaqlarımızın mühüm hissəsi işğalçılardan təmizləndi.
Bu təzyiqlərin ardı-arası kəsilmir, indi də yeni müstəvidə davam etdirilməkdədir. Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” bəyanatını səsləndirən Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Bu davamlı yalvarışların nəticəsi o olub ki, ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrləri 25 oktyabr tarixində bəyanat qəbul ediblər.
ABŞ rəsmilərinin, Minsk Qrupunun bəyanatlarının ümumi məğzi odur ki, bu gündən yenidən hümanitar atəşkəs başlayır. Eyni zamanda, vurğulanır ki, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə yenidən bir araya gələrək, razılaşdırılmış vaxt cədvəlinə müvafiq olaraq, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri baza prinsiplərinə uyğun şəkildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün lazım olan bütün addımları müzakirə etmək və həyata keçirməyə başlamaq barədə razılığa gəliblər.
Azərbaycan cəmiyyətinin bu tipli bəyanatları böyük qəzəblə qarşılaması təbiidir. Çünki cəmiyyət həqiqətən 30 ilə yaxındır nəticəsiz danışıqlardan o qədər iyrənib ki, bu sözün olduğu bütün mətnlərin adını belə eşitmək istəmir. Məhz həmsədr ölkələrin fəaliyyətsizliyi Ermənistanın illərdir silahlanmasına, hər türlü təxribatlara əl atmasına gətirib çıxarıb.
Bu birmənalıdır ki, Azərbaycan cəmiyyəti, ölkənin siyasi rəhbərliyi yenidən mənasız danışıqları heç bir halda qəbul etməyəcək. Xalqın iradəsini böyük mətinlə gerçəkləşdirən prezident İlham Əliyevin dəyişməz mövqeyi ortadadır: “Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz ildir bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür”.
Diqqət ediləsi digər məqam odur ki, burada söhbət davamlı atəşkəsdən deyil, yenə də humanitar atəşkəsdən gedir. O humanitar atəşkəsdən ki, bundan əvvəl 2 dəfə Rusiya və Fransanın təşəbbüsü ilə 10 və 17 oktyabr tarixlərində baş tutub. Amma hər iki atəşkəs düşmənin Gəncə, Tərtər, digər ərazilərdə gerçəkləşdirdiyi xain təxribatlarla pozulub. Düşmən sivil insanlara hücum etməklə hərbi cinayət törədib və böyük faciələr yaşanıb. Hazırkı humanitar atəşkəsin pozulması ilə bağlı artıq xəbərlər gəlir. Ermənistan humanitar atəşkəs razılaşmasına bu dəfə də məhəl qoymur.
Fakt ondan ibarətdir ki, indinin özündə də Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Hər gün Ermənistana ən müasir silahlar pulsuz olaraq göndərilir. Kim tərəfindən? Məhz həmsədr olan ölkələr tərəfindən. Rəsmi Bakı bu silahların siyahısı, hansı reyslərlə həyata keçirilməsi, hansı şəhərdən uçması, hətta Yerevana nə vaxt gəlməsi barədə səhih məlumatlara malik olduğunu açıqlayıb. Bu atəşkəs istəyən bir ölkənin davranışları ilə heç cür uyğun gəlmir, üstəlik, atəşkəs anlaşmasına xələl gətirir. Azərbaycan Ordusu yenə düşmənə qətiyyətli cavab vermək əzmindədir və müharibənin nəticələri ortadadır: bir tərəfdə hərbi və siyasi müstəvidə qalib Azərbaycan, digər tərəfdə hər mənada dilənən, ayrı-ayrı ölkələrə yalvaran Ermənistan...
Digər diqqət ediləsi mühüm məqam odur ki, 25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənibmiş. Azərbaycan tərəfi qətiyyətli mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail olub. Bəyanatda öz əksini tapan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. Bu isə o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu özündə ehtiva edir. Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir.
Deməli, həmsədrlərin bəyanatında yer almış məqamların hələ geniş şəkildə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac vardır.
Nəticə odur ki, Azərbaycan hərbi və siyasi müstəvidə qalibdir. Baza prinsiplərini yaxın buraxmayan Paşinyan artıq kompromislərdən danışır. Acınacaqlı durumda olan ölkəsinin xilası üçün dönə-dönə yalvaran da Ermənistan hakimiyyətidir.
Düşmən ölkənin Azərbaycan qarşısında duruş gətirmədiyini 30 ilə yaxındır nəticəsiz danışıqların müəllifi olan həmsədr ölkələr də yaxşı dərk edir. Və Ermənistanı xilas etmək üçün düyməyə basılıb. Bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı baş verənlər təzyiqlərin bir elementi idi. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini yaxın buraxmırdılar. Nəticə isə o oldu ki, bəyanat layihəsi məhz Azərbaycanın diplomatik gedişi nəticəsində qəbul edilmədi.
Dünya, münaqişənin həllinə məsuliyyət daşıyan ölkələr nəhayət anlamalıdırlar ki, Azərbaycan bir halda hərbi prosesin dayanmasına razı olacaq: Ermənistan işğala son verərsə, Azərbaycan torpaqlarını tərk edəcəyi barədə tarixləri özündə ehtiva edən razılaşmaya gedərsə.
Ermənistanın təəssübünü çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın müddətdə torpaqlarımızı işğalda saxlamağa Ermənistana kömək edən ölkələr ədalətli mövqe tutmalıdırlar. Azərbaycana yox, məhz beynəlxalq hüququ, bütün razılaşmaları ayaqlayan Ermənistana təzyiq göstərilməlidir!
Azərbaycanın başını qatıb, Ermənistanın yenidən silahlanmasına xidmət edən bütün variantlar keçərsizdir.
Azərbaycan xalqının, Prezident İlham Əliyevin iradəsi ortadadır və bu iradəyə heç bir qüvvə təsir edə bilməyəcək. Münaqişənin bir həll yolu var: Azərbaycanın ərazi bütövlüyü qısa müddətdə təmin olunmalıdır. Bu, danışıqlar yolu ilə çözülmürsə, müharibəni durdurmaq mümkün olmayacaq...
Oxşar Xəbərlər
Üçüncü humanitar atəşkəs:
Prezidentin köməkçisi:
“KREML LAVROV VƏ ŞOYQU VASİTƏSİLƏ AZƏRBAYCANA TƏZYİQİ ARTIRIR”
Gecə şiddətli döyüşlər gedib, düşmənin xeyli canlı qüvvəsi məhv edilib
Xəbər lenti
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
FHN əhaliyə xəbərdarlıq etdi
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi:
Qiymətlər belə dəyişdi
Messi rəsmən milyarder oldu –
Ronaldudan sonra ikinci futbolçu
Omeqa-3 həqiqətən faydalıdır?
“CAVANŞİR QURBANOV ADI NƏSLİMİZİN ƏN BÖYÜK QÜRURUDUR”
– Mircəlal Qurbanovdan mərhum atası haqda duyğusal yazı / VIDEO, FOTO
Bazar günü 28 dərəcə isti olacaq
Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
3 BÜRCLƏ bağlı ŞOK XƏBƏRDARLIQ –
Onlarla münasibət qurmayın!
21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ
Azərbaycanda sayğaclar BU CÜR OLACAQ
Bu qidalar sağlam ARIQLAMAĞA kömək edir
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı