Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Fazil Mustafa:
“Guya bunlar İlham Əliyevdən daha vətənpərvərdirlər...”
Musa Quliyev: “Əli Kərimlinin və başqalarının dedikləri ilə tanışam, bəziləri Sorosun pulu ilə dolanan adamlardır, Qarabağ zəfərinə bir qram qatqıları olmayıb, heç olmasa şəhid ailələrindən utansınlar”
Yenə başladılar. Sanki gözləyirdilər ki, bir zəif bəhanə tapsınlar, bir həlqədən yapışsınlar, sonra hücuma keçsinlər.
Vətən müharibəsi başlayandan Azərbaycan Ordusunun uğurlu əməliyyatlarına görə Ali Baş Komandan İlham Əliyevə bir quruca sağ ol deməyən həmin adamlar ilk fürsətdə həmləyə başladılar.
Söhbət inkarçı və cığal müxalifət qruplarından gedir. Azərbaycan 200 il sonra ilk dəfə itirilmiş torpaqlarını işğaldan azad edir, bu tarixə rəşadətli Ordumuz və onun Ali Baş Komandanı imza atır, bizim üçün xəyallara çevrilməkdə olan Şuşa şəhəri, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonları düşməndən geri alınır, Kəlbəcər, Laçın, Ağdam boşaldılır, Ermənistan rəsmi şəkildə hərbi kapitulyasiyaya qol çəkir, tarixinin ən bədbəxt aqibətini yaşayır, dünyanın gözü qarşısında sınır, lakin fürsətcillər bəhanələrindən əl çəkmirlər...
Biz Qarabağı işğaldan azad etməyi hədəfləmişdik və ona da nail olduq. Sülhməramlıların gəlişi də gözlənilməz deyildi, bunsuz sülh mümkün də deyil. Həmçinin, bəzilərinin dediyi kimi, bütün mülki erməniləri də Qarabağdan qovub, ermənisiz Qarabağ qurmaq da mümkün deyil.
Ancaq biriləri mahiyyəti - qələbəmizi kənara qoyub, həllini qarşıdakı müddətdə tədricən tapmalı olan bu detallar üzərindən provokatorluq edirlər.
Sozcu.info xəbər verir ki, hazırda sosial şəbəkələrdə Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan Böyük Qələbəyə kölgə salmaq cəhdləri edənlər də var.
İnkarçı müxaliflər rus sülhməramlı qoşunlarının Laçının 5 kilometrliyində yerləşdirilməsini “məğlubiyyət” kimi təqdim edirlər.
Onlara elə gəlir ki, Qarabağı erməni separatçılarından azad edib ruslara bağışlamışıq. Məsələnin mahiyyətini, hüquqi nüanslarını qəbul etməyən müxaliflər məqam gözləyirdilər ki, hakimiyyəti və rəhbərini tənqid etsinlər. Bu, siyasi qısqanclıqdır.
Şuşanın azad edilməsindən sonra məcbur qalıb Prezidenti təbrik edənlər indi bunun acığını çıxmaqdadırlar.
Bununla bütün cəmiyyəti çaşqınlıq içində saxlayıblar, ictimai rəyi tamam yanlış istiqamətə yönəltməyə cəhd göstərirlər. Belə mövqe yolverilməzdir.
Azərbaycan heç bir təslimçilik aktına imza atmayıb, heç bir kompromisə getməyib, Dağlıq Qarabağın statusu yoxdur, köçkünlərimiz bu ərazilərdə yaşayacaqlar, Rusiyaya hər hansı güzəştdən, Qarabağda rus hərbi bazasının yaradılmasından söhbət getmir.
Qarabağ alınıb və sadəcə, sülhməramlılar əraziyə yerləşdirilir. Deyəsən, bəziləri siyasətdə bu illər ərzində yetkinləşməyiblər, hələ də regionda Rusiya faktorunu, onun münaqişənin həllində açar rolu oynadığını bu günə kimi qavramayıblar. Faktiki olaraq təxribat xarakterli açıqlamalar verir, həmlələr edir və az qala Rusiya ilə savaşa başlamağı tələb edirlər.
Azərbaycanın siyasi rəhbərliyi siyasətdə uğur qazana bilməmiş həmin qüvvələrdən fərqli olaraq, məhz peşəkar diplomatiya və Rusiya ilə münasibətlərdə ölçü-biçili davrandığı üçün hərb meydanında da istədiyi nəticəni əldə edə bildi.
Faktiki olaraq, Rusiya-Azərbaycan-Ermənistan arasındakı məlum sənədə Ermənistan cəmiyyəti kəskin reaksiya verib, xalq Paşinyanı süngü ilə qarşılayır, bizdə isə bir qrup inkarçılar dirəşiblər ki, Ermənistan yox, Azərbaycan uduzur...
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, rus sülhməramlı qüvvələri əraziyə nəzarəti Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirəcək və burada təşvişə düşməli hal yoxdur.
Deputatın fikrincə, bir qrup adam müharibənin gedişində ümumi aurada guya dövləti dəstəkləyirdi:
“Amma fürsət gözləyirdilər. Məsələn, humanitar atəşkəs razılaşması olan kimi yenə öz amplualarına qayıdırdılar.
Belələri bununla özləri üçün maksimalist hədəflər cızıblar və onlara elə gəlir ki, nə düşünürlərsə Ordu da onların dediyini etməlidir. Yəni o dərəcədə yanaşırdılar ki, Ordu gedib İrəvana da keçməlidir".
F.Mustafa realist yanaşmağı təklif edir:
“Azərbaycan mümkün olanı etdi. Mümkün olan da Qarabağın düşməndən azad edilməsi idi və Ordumuz buna nail oldu.
Biz “erməniləri tamamilə yox edək” düşüncəsi ilə yaşayıb dünya ilə üz-üzə gələ bilmərik. Eyni zamanda bu hadisələrdə Rusiyanın addımlarını qiymətləndirməliyik.
İlk növbədə Rusiya Qarabağda gedən müharibəyə müdaxilə etmədi, hətta ermənilərin yalvarışlarına da baxmadı. Həmçinin Naxçıvandan dəmir yolunun bərpası mümkün deyildi. Bunu Rusiya edə bilərdi. Odur ki, Azərbaycanın qazandığı uğura kölgə salacaq heç bir addım yoxdur.
Fakt 7 rayon azad edilib, digər ərazilərimizdə də erməniləri etnik təmizləməyə məruz qoyaraq beynəlxalq təzyiqləri üzərimizə yönəldə bilmərik.
Ümumiyyətlə, bu yanaşmalar küyçülüklə siyasətin içində yer almaqdan qaynaqlanır. Əhali atılan addımı daha dərindən anlayır.
Sıradan adamlar siyasətdəki populist mövqe sərgiləyənlərdən daha yaxşı başa düşür. Sadəcə, bundan süni şəkildə istifadə edib, xal yığmağa çalışırlar. Guya bunlar İlham Əliyevdən daha vətənpərvərdirlər, Rusiyaya qarşı kəskin mövqe tutmaqla daha çox azərbaycançıdırlar".
F.Mustafanın sözlərinə görə, ortada Türkiyə var və Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur:
“Rusiyanın 2000 nəfərlik sülhməramlı qüvvəsi dəhliz üzərində nəzarəti həyata keçirməyə başlayacaq.
Bütün idarəetmə bərpa olandan sonra hər şey yoluna düşəcək. İnsanlarımız Xankəndinə, Ağdərəyə də köçəcəklər. Sənəddə bütün qaçqınların köçürülməsindən söhbət gedir. Ona görə panikaya gərək yoxdur".
Hakimiyyət bu mənzərəyə necə yanaşır? Bu məsələdə tənqidçi və inkarçı mövqe tutanlarla görüşüb, məsələnin mahiyyəti haqda danışmaq istəyirlərmi?
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, hakim partiyanın deputatı Musa Quliyev “Yeni Müsavat”a qeyd etdi ki, birmənalı olaraq Qarabağda qələbə qazanmışıq və ərazi bütövlüyümüz tam təmin olunub.
Deputat bildirdi ki, azad edilmiş bütün yerlərdə inzibati quruluş tam həyata keçiriləcək: “Prezidentin fərmanı ilə icra hakimiyyətləri, bələdiyyələr, nazirliklərin yerli şöbələri yaradılacaq.
İstər orada qalan dinc ermənilər, istər azərbaycanlılar olsun, bizim qanunlarla idarə olunacaq. Ən əsası birgə bəyanatda Qarabağın statusu yoxdur, Prezidentin də dediyi kimi, status cəhənnəmə getdi".
M.Quliyevin sözlərinə görə, Naxçıvanla kommunikasiyanın açılması türk dünyası ilə pozulmuş coğrafi ərazilərin bərpa olunmasıdır:
“Qarabağ turizm potensialı olan bölgədir. İqlimi, təbiəti, mətbəxi var və gözəl turistik obyektlər açılacaq. Bu zaman ora gələn qonaqlar pul xərcləyəcək. Hesab edirəm ki, bundan böyük iqtisadi layihə düşünmək olmazdı. Eyni zamanda Naxçıvan iqtisadiyyatı inkişaf edəcək.
Bütün bu uğurlara baxmayaraq, çox təəssüf ki, bəziləri yanlış şərhlər verməyə başlayıblar. Mən Əli Kərimlinin və başqalarının dedikləri ilə tanışam. Onların bəziləri Sorosun pulu ilə dolanan adamlardır.
Mən həmin adamlara Sorosun “nikahdankənar” uşaqları deyirəm. Onların söylədiklərinin heç bir əsası yoxdur.
Sən belə günlərdə xalqın zəfərinə qoşulmalısan. Əgər qoşulmursan, onda get evində yasını saxla. Niyə xalqı çaşdırırsan, şübhə toxumu səpirsən? Axı sənəddə Azərbaycan əleyhinə heç bir məqam yoxdur".
Komitə sədri xatırlatdı ki, Azərbaycan Dağlıq Qarabağa ən yüksək statusu verməyə hazır idi:
“Bunun üçün bildirirdik ki, 5 rayon qayıtsın. Hələ bilmirdik ki, digər iki rayon nə vaxt qayıdacaq. Yəni ümidimiz qırılmışdı. İndi həmin müxalifətçilərin arqumeni odur ki, niyə müharibəni axıra qədər davam etdirmədik.
Əgər sülhlə, bir sənədlə Dağlıq Qarabağın üç rayonu güllə atılmadan azad olunursa, niyə də olmasın, biz yüzlərlə əsgərlərmizin həyatını xilas etdik.
Nəzərə almaq lazımdır ki, qışda, qarda müharibə aparmaq asan deyil. Üstəlik, bu fikirləri o adamlar deyirlər ki, Qarabağ zəfərində bir qram qatqıları olmayıb. Heç olmasa şəhid ailələrindən utanmırlar, xəcalət çəkmirlər?
Əgər Paşinyan təslim olmasaydı, biz axıra qədər gedəcəkdik. Müharibənin bir günü neçə milyona başa gəlir.
Amma 3 rayon boşaldılır, müharibəyə vəsait xərclənmir, əvəzində bu maliyyə pensiyaya, Qarabağda infrastrukturun qurulmasına, şəhid ailələrinə yönəldiləcək".
M.Quliyev sual edir ki, belə fikirlər irəli sürənlər elə düşünür ki, sanki etnik təmizləmə aparmalıydıq:
“Ermənilər hələ də Sumqayıt hadisəsinin davasını aparırlar. Biz nə etməliydik, Xankəndində mülki əhalini qırmalıydıq? Axı reallıq var, dünya gücləri var.
Prezident 44 gündə təkbaşına mübarizə apardı və o qüvvələri tərk-silah etdi, bizə dost münasibət bəsləməyən xarici jurnaistlər var idi ki, onların qərəzli suallarına məntiqlə cavablar verdi.
Ona görə də Rusiya olmasa, başqa ölkənin sülhməramlıları gələcəkdi. Bizim üçün Rusiya daha xeyirlidir ki, bitərəfliyi qoruyub saxlasın.
Əgər qoruyub saxlamasaydı, 90-cı illərin hadisələri baş verə bilərdi. Sosial şəbəkələrdə danışanlar reallıqları gözəl bilirlər, sadəcə, aldıqları qrant üçün anti-Azərbaycan mövqe tuturlar. Heç olmasa belə gözəl gündə xalqla bir yerdə olmağı bacarsınlar".
Oxşar Xəbərlər
Azərbaycan Prezidenti
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər —
Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər -
İşğaldan azad edilən ərazilər
Xəbər lenti
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə