Müxalifət partiyaları hökumət evi qarşısında etiraz aksiyasına başladı - FOTOLAR


Bu saatlarda paytaxt Tbilisidə hökumət evi qarşısında müxalifət partiyalarının etiraz aksiyası başlayıb.
Sozcu.info 24News.ge saytına istinadən xəbər verir ki, aksiya Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi ilə bağlı keçirilir. Aksiyada çıxış edən müxalifət liderləri, iki əsas tələbin olduğunu bildiriblər. Onlar Nika Meliyanın sərbəst buraxılmasını və növbədənkənar seçkilərin təyin olunmasını tələb edirlər. Hökumət evi qarşısına çox sayda hüquq mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. Qeyd edək ki, müxalifət partiyalarının bu gün gələcək plan barədə açıqlama edəcəkləri də gözlənilir.













Oxşar Xəbərlər

Xəbər lenti