Tiflisdə müxalifətin növbəti aksiyası keçirilir

Tiflisdə Gürcüstan parlamentinin binası qarşısında müxalifət partiyalarının növbəti aksiyası keçirilir.
Sozcu.info xəbər verir ki, şəhərin mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Aksiyanın əsas tələbi təkrar parlament seçkilərinin keçirilməsi, Mərkəzi Seçki Komissiyası sədrinin istefası və müxalifətin siyasi məhbus hesab etdiyi bir neçə şəxsin azadlığa buraxılmasıdır.
Mitinqdə oktyabrın 31-də keçirilən parlament seçkiləri nəticəsində deputat mandatları qazanan Vahid Milli Hərəkat, Avropalı Gürcüstan və digər partiyaların üzvləri və tərəfdarları iştirak edirlər.
Qeyd edək ki, müxalifətin eyni tələblərlə son aksiyası noyabrın 8-də baş tutub.


Oxşar Xəbərlər

Xəbər lenti