Tbilisidə gərginlik davam edir - Polis hökumət binası qarşısına səfərbər edilir


Paytaxt Tbilisidə hökumət binası qarşısına hüquq mühafizə orqanlarının səfərbər olunması davam edir. 24News.ge xəbər verir ki, buna səbəb bu gün müxalifətin hökumət binası önündə aksiya keçirməsidir. Məlumata əsasən, hazırda binanın qarşısına hüquq mühafizə orqanları xüsusi avtobuslarla gətirilir. Həmçinin, patrul polis qrupları da hökumət binası qarşısında səfərbər olunub. Xatırladaq ki, "Vahid Milli Hərəkat" partiyasının lideri Nika Melianın həbs olunmasına etiraz olaraq, müxalifət liderləri bu gün saat 15:00-da hökumət evi qarşısında aksiya keçirəcəklərini elan ediblər.


Oxşar Xəbərlər

Xəbər lenti