MÖVQELƏRİMİZ SÜLHMƏRAMLILARIN NƏZARƏTİNDƏKİ ƏRAZİDƏN ATƏŞƏ TUTULDU - Rəsmi açıqlama

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 


Oxşar Xəbərlər

Xəbər lenti