Nazir rəis müavinini işdən qovdu - Qanunsuz toylara göz yumub

Azərbaycanda rəis müavini işdən azad olunub.
Sozcu.info xəbər verir ki, oxu.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.
Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.


Oxşar Xəbərlər

Xəbər lenti