Bakıda polisə tabe olmayan sürücü həbs edildi - RƏSMİ

Bakıda fəaliyyət göstərən 60 nömrəli məktəbin qarşısında yol polisi ilə sürücü arasında yaşanan insidentlə bağlı məhkəmə qərar çıxarıb. 
Bu barədə Sozcu.info -ya Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. 
Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, “Opel Astra” markalı 99-RR-384 dövlət nömrə nişanlı avtomobillin sürücüsü Rüstəm Şükürlü İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni əməlinə tabe olmama) maddəsi ilə 20 sutkalıq həbs cəzası verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi özünə xəsarət yetirməyə çalışan şəxsin kimliyini və hadisənin səbəbləri barədə məlumat vermişdi.


Oxşar Xəbərlər

Xəbər lenti