Vilayət Eyvazovdan yeni təyinat

Kəlbəcər Rayon Polis Şöbəsinə müavin təyin olunub.
Sozcu.info“oxu.az”a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə o, Kəlbəcər RPŞ-nin xidmət üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki E.Quliyev 90-cı illərin Qarabağ döyüşlərinin iştirakçısıdır.


Oxşar Xəbərlər

Xəbər lenti