8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Erməni separatçısı V.Çaxalyan: "Azərbaycanın Silahlı Qüvvələrinin güclənməsi bizi çox narahat edir”
Gürcüstanın ermənilərin yaşadığı Samtsxe-Cavaxeti regionunda "Anti-Azərbaycan” görüşləri adi hala çevrilib. Yeni il münasibəti ilə bağlı Cavaxetinin Ninotsminda (Boqdanovka) rayonunda keçirilən ermənilərin növbəti görüşündə Azərbaycandakı son proseslər, Qars-Axalkalaki-Tiflis dəmir yolu layihəsi və gürcü sosial-şəbəkələrində yayılan anti-erməni xarakterli yazılar müzakirə olunub. Etibarlı mənbələrə istinadən bildirilir ki, görüşdə iştirak edən "Vahid Cavaxk Demokratik Alyansı”nın lideri Vaaqn Çaxalyan çıxışında "Azərbaycanın inkişafı ermənilərin maraqlarına ziddir” deyib.O, son vaxtlar Azərbaycanın Silahlı Qüvvələrinin güclənməsindən narahat olduğunu gizlətməyib və deyib ki, bir neçə vaxtdan sonra Azərbaycan Gürcüstanı və Ermənistanı öz mövcud zəngin resursları ilə tam ələ alacaq və istədiyi kimi idarə edəcək. Buna görə də, ermənilərlə gürcülərin birləşməsinin vacib olduğunu söyləyən separatçının fikrincə, iki millət arasında heç bir problemin olmadığını və qarşıdurmaların məhz süni yaradıldığını vurğulayıb. Çaxalyan hesab edib ki, gürcülərlə ermənilər bir-birinə etibar etməli və süni yaradılan mübahisələrə və qarşıdurmalara son qoymalıdırlar.
Gürcü internet forumlarında Samtsxe-Cavaxeti erməniləri haqqında daima təxribatyönlü məlumatlar yayıldığını və bunun həmişə yerli ermənilərin ciddi narazılığına səbəb olduğunu qeyd edən V.Çaxalyan Samtsxe-Cavaxetidə separatizmin mövcud olmadığını iddia edib. Onun açıqlamasına görə, regiondakı ermənilərin digər regionlarla müqayisədə sosial-iqtisadi vəziyyəti acınacaqlıdır və bir neçə il bundan əvvəl Rusiyanın 62-ci hərbi bazasının Axalkalakidən çıxması ermənilərin sosial-iqtisadi vəziyyətini daha da gərginləşdirdi. Separatçı regionda erməni dilinə rəsmi statusun verilməsi məsələsinə də toxunub və deyib ki, gürcü cəmiyyəti bundan qorxmamalıdır. O, belə düşünür ki, regiona erməni dilinin rəsmiləşdirilməsi yerli ermənilərin gürcü cəmiyyətinə inteqrasiyasını daha da sürətləndirəcək.
Görüşdə Axalkalakidə fəaliyyət göstərən "VİRK” daşnaksütyunyönlü təşkilatın lideri David Rstıkyan bildirib ki, Samtsxe-Cavaxeti regionu heç vaxt Abxaziya və Cənubi Osetiyanın vəziyyətinə düşməyəcək. Çünki yerli ermənilər Gürcüstan dövlətçiliyinin qorunmasına sadiqdirlər. Onun fikrincə, gürcü sosial-şəbəkələrində illərdir regionla bağlı təxribatyönlü məlumatlar yayılır ki, bunun qarşısını almaq mümkün olmur. RF pasportlarının kütləvi şəkildə regionda paylanılması haqqında yayılan məlumatlara toxunan separatçı D.Rstıkyan hesab edir ki, məlumatlar şişirdilir. Lakin etiraf edib ki, ermənilər doğrudan da RF pasportuna malik olurlar, bu da sırf dolanmaq xarakteri daşıyır. "VİRK”in lideri belə düşünür ki, bunun separatçılıqla heç bir aidiyyatı yoxdur. Separatçı bir çox gürcünün də RF pasportu aldığını, lakin bunun haqqında gürcü sosial-şəbəkələrində heçnə bəhs edilmədiyini bildirib.
Separatçı: "Fikrimcə, biz ermənilər və gürcülər bir-birimizə etibar etməliyik və inamı möhkəmləndirməliyik. Qars-Axalkalaki dəmir yolu layihəsinə gəlincə, biz ermənilər həmişə buna qarşı çıxmışıq. Layihənin həyata keçirilməsi iqtisadi baxımdan yerli ermənilərə müsbət təsir göstərə bilər. Ama biz bilirik ki, bu dəmir yolunun reallaşması regionda siyasi xarakter daşıyır. Yəni bunun başqa məqsədi var. Hələ layihə reallaşmamışdan əvvəl biz kəskin etirazımızı bildirdik. Nəticədə, Saakaşvilinin göstərişi ilə layihəyə qarşı çıxanların bəziləri cəzalandırıldı, gənc liderlərimizdən biri olan Vaaqn Çaxalyan tutuldu, 2 erməni mənşəli polis Artur Berucanyan və Armen Qabrielyan öldürüldü, bəzi aktivistlərimiz isə regionu tərk etməyə məcbur qaldı. Maraqlısı odur ki, dəmir yolunun tikintisi prosesində heç bir yerli erməni işlə təmin olunmayıb. Buna görə də, düşünürəm ki, bu dəmir yolu yerli ermənilərə təhlükə yaradır”.
P.S. Yeri gəlmişkən onu da qeyd edim ki, görüşdən sonra Cavaxetidəki erməni separatçılar "Cavaxk” restoranında belə bir söz işlədiblər: "Azərbaycanı ancaq azərbaycanlıların özləri zəiflədə bilərlər. Məhz bunun üçün Azərbaycan daxilindəki bəzi qüvvələrdən istifadə olunmalıdır”.
Niyazi Hüseynov,
"Yeni Sözçü" qəzeti
Ortadaki Caxalyandir. Yanindakilar Tiflis Ermeni Qrioqryan Kilsesinin Yeparxiyasinin kesisleri