8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstanın nüfuzlu armenoloqu Aleksandre Abdaladze belə hesab edir ki, Ermənistanda hakimiyyət daxilində olduğu kimi müəyyən siyasi qüvvələr arasında da "Böyük Ermənistan” ideologiyası yenə aktualdır. Onun fikrincə, ermənilər gözünü nəinki Gürcüstan torpaqlarına, qədim gürcü pravoslav kilsələrinə də dikib. Bəzi erməni alimini saxtakar adlandırıran armenoloq bildirilib ki, erməni alimlərindən soruşsan deyəcəklər ki, Gürcüstan Ermənistan ərazilərini mənimsəyib. Buna görə də, iki ölkə arasındakı dostluq münasibətləri nəzərə alınmalı və "tarixi həqiqət” bərpa olunmalıdır.
A.Abdaladzenin açıqlamasına görə, "Müqəddəs Yeçmiadzin” son vaxtlar Gürcüstan ərazisindəki 650 kilsəyə iddia qaldırıb. Onun dediyinə əsasən, Yeçmiadzinin belə təbliğatları 2011-ci ilin iyulun 5-də Saakaşvilinin göstərişi ilə Gürcüstanda 5 dini konfesiyaya hüquqi statusun verilməsindən sonra başladı. Nəticədə bu günə kimi Gürcüstan, Rusiya və digər xarici ölkələrdəki erməni lobbisi dünya miqyasında təsdiq etməyə çalışır ki, güya gürcülər qədim qriqoryan kilsələrini mənibsəyiblər. Bu məqsədlə erməni lobbisi, rəsmi Yerevan və "Müqəddəs Yeçmiadzin” tərəfindən Gürcüstanın Dövlət Dini İşlər Xidmətinə və Mədəniyyət Nazirliyinə müraciət ünvanlanıb. Kuluarlardan alınan məlumatda deyilir ki, artıq məsələ ilə bağlı iki tərəfli görüşlərə başlanılıb.
Gürcü armenoloqu A.Abdaladzebunun Gürcüstan üçün təhlükəli faktor olduğunu və rəsmi Tiflisin aktiv hərəkətə keçməsinin vacibliyindən danışıb. Onun açıqlamasına görə, ermənilərin məqsədi tarixdə heç olmayan "Böyük Ermənistan”ın Gürcüstanın və qonşu ölkələrin hesabına yaratmaqdan ibarətdir. Armenoloq çox təəsüf edib ki, bir vaxtlar ermənilərin bu mənasız ideologiyasını pul qarşılığında bəzi gürcü tarixçiləri də dəstəkləmiş və təbliğatlar aparmışdı.
Armenoloq: "Yeçmiadzin hər zaman anti-gürcü planların həyata keçirilməsində mühüm rol oynayıb. Tarixi keçmişdə yazıçılar İlya Çavçavadze və Akaki Tsereteli nin ölümündən sonra Yeçmiadzin yiyəsiz qalmış gürcüləri qriqoryanlaşdırmağa başladı və nəticədə gürcülərin bir hissəsi erməniləşdirildi. Çar İmperiyası dövründə İlyadan və Akakidən sonra düzəməlli ictimai xadim tapılmadı ki, bu prosesin qarşısını ala bilsin. Bu gündə erməni tarixçiləri və alimləri Gürcüstan tarixini saxtalaşdırmaq məqsədi ilə ciddi təbliğatlar aparırlar. Hətta, Gürcüstanda menqrellər və svanlar arasında qarşıdurma yaratmağa cəhd göstərirlər”.
Tarixçi: "Məsələn, onlardan biri kartveloloq Paruyir Muradyan həmkarım Avtandil Tordiya ilə görüşdə hər zaman deyərdi ki, sən gürcü deyilsən menqrelsən. Ümumiyyətlə belə təbliğatların kökünü Ermənistanın hakim dairələrində axtarmalıyıq. Onu da deyim ki, separatizm təhlükəsi nəinki Samtsxe-Cavaxetidə, Sameqrelo və Svanetiya regionlarında da mövcuddur. Belə məsələlərdə mövcud hakimiyyətin laqeydliyinə gəlincə, Saakaşvili iqtidarı dövründə olduğu kimi bu günkü iqtidar da Amerikanın əmrlərinə tabedir. Halbuki, ən güclü erməni diasporası məhz ordadır”.
A.Abdaladze: "Gürcüstan rəhbərliyi ermənilərin iddia etdiyi 650 kilsə məsələsində prinsipial olmalıdır. Əgər təsdiqlənsə ki, bu kilsələri doğrudan da ermənilər tikib, onda heç biri fəaliyyətə keçməməli və ancaq muzeyə çevrilməlidir. Çünki sayıları çox olacaq və fəaliyyət göstərdiyində anti-Gürcüstan təbliğatları daha da artacaq. Belə olan halda Terterlərin sayı çoxalacaq və Gürcüstandakı ermənilərin "Böyük Ermənistan” ideologiyası daha da güclənəcək. İdeologiyaya əsasən isə Gürcüstan Ermənistanın ayrılmaz parçası olmalıdır. Siz elə bilirsiniz ki, hakimiyyət terterlərin erməni dilindəki anti-gürcü təbliğatlarının qarşısını ala biləcək? Xeyr, ala bilməyəcək və buna laqeyd yanaşacaq. Çünki yenə amerikalıların əmrlərinə tabe olacaq”.
Niyazi Hüseynov