8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcü sosial-şəbəkələrində İran qazının Avropaya tədarükü mümkünlüyü ilə bağlı məlumatlar yerləşdirilir. Gürcü KİV-nə əsasən, Tehranda məsələ ilə bağlı ciddi müzakirələr aparılır. Mətbuat etibarlı mənbələrə istinadən yazır:
1-ci senari: İran rəhbərliyi əmindir ki, mövcud infrastruktur (İran-Türkiyə-Yunanıstan) ilə Avropaya ildə 30-40 milyard m3 təbii qazın tədarükü mümkündür. Bu, Rusiyaya sərf etmir və buna görə də, Putinin energetik qrupu Tehranla qazın İran-Türkmənistan arasındakı ("Karpeçe-Kurdkuy” və "Xəzəryanı qaz kəməri”) marşrutu ilə keçirilməsi haqqında danışıqları davam etdirir. Məlumatda deyilir ki, Rusiya İran qazının 5-10 milyard m3 hissəsini öz kəmərləri vasitəsi ilə Avropaya keçirməyə cəhd göstərsə də, onun bu planı baş tutmayacaq. Çünki İran qazının Mərkəzi Asiya marşrutu ilə tədarükünə Moskva çox pul ödəməli olacaq.
2-ci senari: İran Avropada qaz tədarükü monopoliyasına çevrilmək arzusundadır və ona qarşı tətbiq olunan beynəlxalq sanksiyaların aradan qaldırılmasını gözləyir. Tehran Moskvanın Avropa İttifaqının qaz təmini strateji layihələrində birbaşa iştirakı ilə barışmayacaq. Bunu Kremldə də çox yaxşı bilirlər. Buna görə də, İran və Avropa İttifaqı Rusiyadan yan keçən marşrutlarla bağlı gizli danışıqlar aparırlar.
3-cu senari: İranda qazın Cənubi Qafqaz regionundan (yenə də Rusiyadan yan keçən) Avropaya tədarükü haqqında plan mövcuddur. Bunu rus, gürcü və iranlı ekspertlər də etiraf edirlər. Tehrana bu marşrut sərf edir. Çünki Cənubi Qafqaz ölkələrindən Avropaya keçirilməsi nəzərdə tutulan qaz marşrutu planı Tehran-Turkiyə-Yunanıstan marşrutu ilə müqayisədə iqtisadi cəhətdən farslara daha faydalıdır. Bununla farslar həm də Qafqazda öz təsirini gücləndirə biləcəklər.
Niyazi Hüseynov